Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydeni “21-ci əsrdə ABŞ-Tayvan Ticarət Təşəbbüsü”nə başlamaq üçün qanunu imzalamaq qərarına görə tənqid edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Amerika tərəfinin hərəkətləri tək Çin prinsipinə ziddir. Agentlik vurğulayır ki, Birləşmiş Ştatlar Tayvanla yalnız qeyri-rəsmi əlaqə saxlamaq vədini pozub. Biz təkid edirik ki, Birləşmiş Ştatlar dərhal siyasətini dəyişsin və bu qanunvericilikdən əl çəksin, təşəbbüslə bağlı məsləhətləşmələri dayandırsın. Vaşinqton Tayvan adlanan müstəqillik hərəkatını dəstəkləyən separatçı ünsürlərə yanlış siqnal göndərir”.
Qeyd edək ki, ABŞ-Tayvan Ticarət Təşəbbüsü ikitərəfli iqtisadi əlaqələri gücləndirmək üçün 1 iyun 2022-ci ildə başlamış bir layihədir. 7 avqust 2023-cü ildə Bayden genişlənən “21-ci Əsr Aktında Birinci Ticarət Sazişinin Tətbiq Aktı üzrə ABŞ-Tayvan Təşəbbüsünü” imzalayıb. Bundan əvvəl Bayden ABŞ-ın Tayvana maliyyə yardımı paketini artırmaq istəyib. O, analoji təkliflə Konqresə çıxış edəcək, digər məsələlərlə yanaşı, Ukraynaya yeni vəsaitlərin ayrılmasını və təbii fəlakətlərlə mübarizəyə yardım göstərməyi təklif edir.
Havar Şəfiyeva