Boşanmaq istəyənlərin 20 faizi nikahın pozulmasından imtina edib.
Elchi.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə cəlb edilmiş mütəxəssislər tərəfindən nikahın pozulması üçün müraciət etmiş şəxslərin 20 faizi nikahın pozulmasından imtina edib.