Avropa diplomatiyasının rəhbəri “Josep Borrell” Yaxın Şərqdəki vəziyyəti beynəlxalq diplomatiyanın mənəvi uğursuzluğu adlandırıb.
Elchi.az xəbər verir ki, Borrell bu barədə Aİ səfirlərinin illik konfransında çıxışı zamanı deyib.
“Yaxın Şərqdə davam edən faciə kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Həm İsrail, həm də Fələstin xalqları bu uğursuzluğa görə yüksək bədəl ödəyirlər və bu, daha da artacaq.”
Onun sözlərinə görə, ölkələr rəsmi olaraq iki dövlətli həll yoluna sadiqdirlər, lakin “ora çatmaq üçün real yol xəritəsi olmadan”.
Nuranə Məmmədova