Borrell: özümü Aİ diplomatiyasının rəhbəri deyil, müdafiə naziri kimi hiss edirəm

114

O, öz mövqeyində silah və mərmi tədarükü ilə bağlı müzakirələrə bu qədər vaxt sərf edəcəyini gözləmirdi.
Elchi.az xəbər verir ki, Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Kiyev Ukraynadakı münaqişənin diplomatik yolla həlli üçün şərait görmür və Qərb müttəfiqlərini hərbi yardımı davam etdirməyə çağırır.
“Təəssüf ki, Ukraynada indi sülh haqqında diplomatik danışıqların deyil, hərbi dəstəyin vaxtıdır”, – Borrell Florensiyada Avropa İttifaqının vəziyyəti ilə bağlı ekspert konfransında deyib.
Diplomat bildirib ki, özünü diplomatik xidmətin rəhbəri deyil, Aİ-nin müdafiə naziri kimi hiss edir. O qeyd edib ki, o, heç vaxt düşünmürdü ki, öz vəzifəsində silah və sursat tədarükü məsələsini müzakirə etmək üçün bu qədər vaxt olacaq.

Şayəstə Hüseynova