Macarıstan zorla Avropa İttifaqında saxlanılmır. Elchi.az xəbər verir ki, bu sözləri Aİ diplomatiyasının rəhbəri Josep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Aİ üzvlüyünü sovet işğalı ilə müqayisə edən sözlərinə cavab verərkən deyib. Konfrans Avropa Komissiyasının saytında yayımlanıb.
“Düzünü desəm, Budapeştin sovet tərəfindən işğalı ilə Berlaymontda baş verənlər arasında heç bir oxşarlıq görmürəm. Mən Berlaymontda bir tank görmədim. Heç kim Macarıstanı Aİ-yə üzv olmağa məcbur etmir. Bu, azad seçimdir”, – deyə Avropa diplomatiyasının rəhbəri Brüsseldə Aİ-nin Berlaymontdakı mənzil-qərargahına istinad edərək bildirib.
Borrell həmçinin Orbana 1956-cı ildə Sovet qoşunları tərəfindən Budapeşt üsyanının yatırılmasını xatırladıb.
Bundan əvvəl Orban müasir Aİ-ni SSRİ-nin uğursuz parodiyası adlandırıb. Onun sözlərinə görə, Aİ Macarıstanın rədd etdiyi liberal demokratiya modelini tətbiq etməklə onu şəxsiyyətindən məhrum etməyə çalışır.
Havar Şəfiyeva