Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrail öz siyasətləri ilə HƏMAS-ın yaranmasına və inkişafına şərait yaradıb.
Elchi.az xəbər verir ki, Borrell İspaniyanın paytaxtı Madriddə “Next Educacion” Universitetində qatıldığı forumdakı çıxışında İsrailə qarşı tənqidlərini davam etdirib.
“Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin bu, HƏMAS-ın inkişafına şərait yaradıb” deyən Borrell, son həftələrdə dilə gətirdiyi “Həması quran və maliyyələşdirən İsraildir” iddiasını təkrarlayıb.
Aİ-nin ali nümayəndəsi deyib: “İsrailin fələstinliləri parçalamağa çalışması danılmaz faktdır. Netanyahunun parlamentdəki qrupu qarşısında ictimaiyyətə dediyi məşhur bir açıqlama var: (İki dövlət həllinə qarşı olanlar HƏMAS-ı təbliğ etməli və onun maliyyələşdirilməsini asanlaşdırmalıdırlar.) “Yalnız bu bəyanatı təkrarlaya bilərəm”-deyib
Digər tərəfdən, Borrell çıxışı zamanı Fələstin dövlətini tanıyan iki dövlət təklifini bir daha təsdiqləyərək, İsraili “buna qarşı çıxdığı, lakin eyni zamanda heç bir həll irəli sürmədiyi” üçün tənqid etdi.
Borrell deyib: “30 ildir bu qərara mane olan Netanyahu hökuməti istisna olmaqla, hamı bu məsələdə həmfikir görünür. İsrail istəmədiyini deyir, amma istədiyini demir. Onların həlli yolları hansılardır? o, yalnız hərbi tədbirlərlə təhlükəsizlik istəyir? Bununla belə, daha yaxşı alternativlər var”.
Aİ-nin diplomatiya rəhbəri Borrell deyib: “İsrailin Qəzza zolağına hərbi müdaxiləsinin qeyri-mütənasib olduğuna inanıram. Həddindən artıq mülki itkilərə səbəb olur və antisemitizmlə heç bir əlaqəsi yoxdur. Təbii ki, mən də antisemit deyiləm. ”
Nuranə Məmmədova