Borreldən Ukrayna Silahlı Qüvvələri üçün yeni təklif

🗓 19.03.2024 19:07 ✍️ "Elçi" qəzeti
Borreldən  Ukrayna Silahlı Qüvvələri üçün yeni təklif
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell Rusiya aktivlərindən əldə edilən gəlirlərin 90 faizi hesabına Ukrayna Silahlı Qüvvələri üçün silah almağı təklif edib. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Borrell bu təklifi çərşənbə günü, cümə axşamı və cümə günləri baş tutacaq Aİ liderlərinin sammitindən əvvəl Aİ üzv dövlətlərinə təqdim edəcəyini söyləyib”, - deyə nəşr qeyd edir. Həmçinin bildirilir ki, siyasətçi Ukraynanın hərbi-sənaye kompleksinin potensialını artırmaq üçün yerdə qalan 10 faizi Aİ büdcəsinə yönəltmək istəyir. Qeyd edək ki, Borrell daha əvvəl bildirib ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin bir hissəsi Kiyevə birbaşa hərbi yardım göstərmək üçün Avropa Sülh Fonduna yönəldilə bilər. O, bu ideyanın Brüssel üçün yeni olmadığını vurğulayıb. Havar Şəfiyeva 

Bənzər yazılar