Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel Aİ-nin xarici işlər nazirlərinin Kiyevdə qeyri-rəsmi görüşündən sonra bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü təhlükəsizlik sahəsində ən güclü öhdəlikdir.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Borrelin sözlərinə görə, Ukrayna hazırda Aİ üzvlüyünə namizəddir və irəliləməyə davam edir. O, əlavə edib ki, görüşdə Ukraynada aparılan islahatlar da müzakirə olunub.
Avropanın müdafiə sənayesi ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə gəlincə, Borrel qeyd edib ki, minalardan təmizləməyə yardım gücləndirilməlidir, çünki bu, iqtisadiyyatın bərpası üçün əsas şərtdir.
Yeganə