Börns Narışkindən sonra Kiyevdə Zelenski ilə görüşdü

39

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Ukrayna Prezidenti Vladimir Zelenski ilə noyabrın 15-də Kiyevdə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Uilyam Börns ABŞ-ın Ukraynaya dəstək olduğunu bir daha təsdiqləyib.

Həmçinin, o, Ukrayna kəşfiyyat nümayəndələri ilə görüşərək bu yaxınlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə keçirdiyi görüşü müzakirə edib.

Qeyd edək ki, MKİ rəhbəri Uilyam Börns Ankara şəhərində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşmüşdü.