Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə edərsə, intihar məktubunu imzalayacaq. Ruslar başa düşməlidirlər ki, bu hal Ali Baş Komandanı qanuni hərbi hədəfə çevirəcək.
Elchi.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton deyib.
“Putin Rusiya ordusunun qərar qəbuletmə və nəzarət mərkəzidir. Biz buna “milli komandanlıq orqanı” deyirik. Putin qanuni hərbi hədəfdir. Bizim də edə biləcəyimiz bir çox başqa şeylər var, lakin Putin bilməlidir ki, o, hədəflər siyahımızdadır”, – o bildirib.
Ağ Evin keçmiş müşaviri nüvə silahından istifadənin qaçılmaz olduğuna inanmadığını deyib.
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır
Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...




















Son şərhlər