Bolqarıstan "Cənub axını"na qarşı çıxdı
Bolqarıstanın prezidenti Rosen Plevneliyev ölkə ərazisindən keçən "Cənub axını" layihəsinə qarşı çıxıb.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bolqar prezident bu layihənin Avropa Birliyinin şərtlərinə uyğun olmasını istəyib, yalnız bundan sonra onun bu layihəyə müsbət yanaşacağını bildirib.
Qeyd edək ki, Rusiyanın əsas proyektlərindən biri olan cənub axını layihəsinin taleyi Avropa Birliyi və ABŞ-ın Rusiya Federasiyasına tətpiq etdiyi sanksiyalardan sonra sual altında qalıb.
Hazırda Bolqarıstanın özəl firması Rusiyanın “Qazprom” şirkəti ilə müqavilə bağlayıb və bu kəmərin Bolqarıstandan keçən hissəsini inşa etmək istəsə də rəsmi Sofiya hələ ki, buna imkan vermir.