“Boko Haram” lidersiz qaldı

🗓 24.09.2014 23:29 ✍️ "Elçi" qəzeti
Sentyabrın 24-də Nigeriya Silahlı Qüvvələri “Boko Haram” qruplaşmasının başçısı Əbubəkr Şekainin img1641194öldürüldüyünü bəyan edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onun rəhbərliyi altında ekstremistlər uzun illər hökumətə qarşı mübarizə aparıblar.
Qeyd edək ki, avqustun 24-də “Boko Haram”ın lideri Əbubəkr Şekai Quoza şəhərində  “İslam Dövləti”nin yaradıldığını elan etmişdi.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.  2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.
 

Bənzər yazılar