BMT-nin Humanitar Məsələlər üzrə Baş katibin müşaviri Martin Griffits Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə yardım səylərini artırmaq üçün əlavə 25 milyon ABŞ dolları yardım ayrıldığını bəyan edib.
Elchi.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
“Bu əlavə vəsaitlər zəlzələlərdən zərər çəkmiş yüz minlərlə insanın təcili ehtiyaclarını qarşılamağa yönələcək”- sözçü bildirib.