Birləşmiş Millətlər Təşkilatı Rusiyanın yeni bölgələrinin sakinlərinə kömək etmir, çünki onları ukraynalı hesab edir. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yardımın göstərilməməsini BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin mətbuat katibi Yens Laerke izah edib.
Departamentin nümayəndəsi qeyd edib ki, bu regionlarda qeyri-hökumət humanitar təşkilatlar işləyir, bəziləri BMT-nin maliyyəsi ilə fəaliyyət göstərir, lakin münaqişə kontekstində və təhlükəsizlik baxımından tərəfdaşlar haqqında əlavə məlumat verməmişdir.
Qeyd edək ki, əvvəllər BMT donorlara müraciət edərək onlardan Ukraynaya cəbhə bölgələri və qaçqınlar üçün 4,2 milyard dollar yardım istəyib.
Havar Şəfiyeva