Sentabrın 14-dən etibarən Litvada 12 bələdiyyənin ərazisini əhatə edən yeni hərbi təlimlər başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “LRT” telekanalı məlumat yayıb.
Bu həftənin bazar ertəsindən cümə gününədək ölkənin cənub-şərq hissəsində yerləşən 12 Litva bələdiyyəsinin ərazisində – o cümlədən Vilnüs yaxınlığında – müxtəlif növ hərbi təhdidlərə cavab tədbirlərinin məşq olunacağı hərbi təlimlər keçiriləcək.
Manevrlər zamanı pilotsuz uçuş aparatları, katerlər və müxtəlif silah sistemlərindən istifadə nəzərdə tutulur, lakin imitasiya sursatları ilə atəşlər aparılmayacaq.
Hərbçilər sutkanın işıqlı və qaranlıq vaxtlarında təlim keçəcəklər. Ordu rəhbərliyi yollarda hərbi texnika və ya mülki avtomobillərlə hərəkətin ola biləcəyi barədə xəbərdarlıq edib.
Məryəm





















