Böyük Britaniyanın BMT- dəki daimi nümayəndəsinin müavini Ceyms Kariuki BMT Təhlükəsizlik Şurasının iclası zamanı “Rusiya hərbi sənayesinin iflasa uğradığını” açıqlayıb.
Elchi.az xəbər verir ki, Britaniya hökumətinin mətbuat xidmətinin dərc etdiyi çıxışında diplomat bildirib ki, Rusiyadakı müdafiə müəssisələri guya “ehtiyat hissələri üçün soyuducuları sökməlidirlər”.
Kariukinin sözlərinə görə, Rusiyanın müdafiə sənayesinin inkişafı “18 il geri çəkilib”. Daimi nümayəndə iddia edir ki, Moskva çoxsaylı qətnamələri pozaraq KXDR və İrandan silah sifariş etməli olur.
Nuranə Məmmədova