Həmas İsrailin Fələstin qrupunun altı yüksək rütbəli liderini Qəzzadan çıxaracağı təqdirdə münaqişəyə son qoymaq təklifini “qəti şəkildə” rədd edib.
Elchi.az xəbər verir ki, Reuters xəbər agentliyinin məlumatına görə, İsrail və HƏMAS ilk bir ay davam edən atəşkəs dövründə israilli məhbusları fələstinli məhbuslarla dəyişdirmək barədə prinsipial razılığa gəliblər.
Lakin münaqişəyə daimi son qoyulması ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
Misir, Qətər və ABŞ son həftələrdə intensiv vasitəçilik səylərinə rəhbərlik edirlər. Bildirilir ki, danışıqlarda döyüşlərin dayandırılması müqabilində Qəzzada məhbusların mərhələli şəkildə azad edilməsi, fələstinli məhbusların geri qaytarılması və Qəzzaya yardımın artırılması müzakirə olunacaq.
Nuranə Məmmədova