BMT: Qlobal iqtisadi artım 2023-cü ildə AZALACAQ

32

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Dünya İqtisadi Vəziyyəti və Perspektivləri-2023” adlı hesabatını açıqlayıb.

Elchi.az xəbər verir ki, hesabata görə, dünya iqtisadiyyatı 2022-ci ildə COVİD-19 pandemiyasının davam edən təsirləri və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji və ərzaq böhranı kimi bir sıra çətinliklərlə üzləşib.

Yüksək inflyasiya real gəlirlərin azalmasına və yaşayış dəyərinin artmasına səbəb olsa da, bir çox ölkələr meşə yanğınları və daşqınlar, humanitar problemlərə səbəb olan iqlim hadisələri kimi iqtisadi zərərlərə məruz qalıblar.

Hesabata görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sürətlə artırması inkişaf etməkdə olan ölkələrdə kapital axınına və valyutanın ucuzlaşmasına səbəb olub.

Artan faiz dərəcələri və alıcılıq qabiliyyətinin azalması istehlakçıların inamını və investorların əhval-ruhiyyəsini zəiflədib, dünya iqtisadiyyatı üçün yaxın müddətli artım perspektivlərini daha da qeyri-müəyyən edib. Qlobal ticarət istehlak mallarına tələbin azalması, Ukraynada uzun sürən müharibə və davam edən təchizat zəncirində problemlər kimi yumşalıb.

Hesabata görə, BMT-nin 2022-ci ildə 3 faiz olan qlobal iqtisadi artım proqnozu 2023-cü il üçün yüzdə 1,9 olaraq təyin edilib. Bu göstərici son illərin ən aşağı artım proqnozu kimi qeydə alınıb.

Hesabatda bəzi makroiqtisadi çətinliklər səngiməyə başlasa, qlobal iqtisadi artımın 2024-cü ildə 2,7 faizə yüksələcəyi proqnozlaşdırılıb.

Hesabata görə, hazırkı qlobal iqtisadi yavaşlama həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir edir və bir çoxları 2023-cü ildə tənəzzül riski ilə üzləşəcəklər. ABŞ, Avropa İttifaqı (Aİ) və digər inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında artım tempi zəifləyir, bu da dünya iqtisadiyyatının qalan hissəsinə mənfi təsir göstərir.

2022-ci ildə 1,8 faiz olacağı təxmin edilən ABŞ-da artımın 2023-cü ildə cəmi 0,4 faiz olacağı proqnozlaşdırılır. Aİ-nin 2022-ci ildə 3,3 faiz olan artım proqnozu isə 2023-cü ildə 0,2 faizə endirilib.

Yeganə