BMT-nin baş katibindən beynəlxalq qurumlara çağırış

109

BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi müasir beynəlxalq qurumların dünənki vəziyyətini əks etdirir. Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Onlar əsasən İkinci Dünya Müharibəsindən sonra, bir çox Afrika ölkələrinin hələ də müstəmləkəçi dövlətlərin hökmranlığı altında olduğu və hətta danışıqlar masası arxasında belə olmadığı bir vaxtda yaradılıb”- deyə dünya təşkilatının baş katibi Yohannesburqda “BRİKS” sammitində çıxış edərkən bildirib.
Qeyd edək ki, Avqustun 22-dən avqustun 24-dək Yohannesburqda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən təşkilat olan BRİKS sammiti keçirilir.

Havar Şəfiyeva