BRİKS” bəyannaməsinin mətnində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) təşkilatın üzvləri Ukraynadakı münaqişənin həlli üçün qarşılıqlı səyləri qeyd ediblər. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bəyannamədə deyilir: “Biz Afrika liderlərinin sülhməramlı missiyası və təklif olunan sülh yolu da daxil olmaqla, dialoq və diplomatiya yolu ilə münaqişənin sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”.
Bundan əvvəl “BRİKS” Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını bəyan edib. Cənubi Afrika prezidenti bildirib ki, assosiasiya dünyanın müxtəlif yerlərində mövcud olan münaqişələrdən çox narahatdır. Buna görə də “BRİKS” onların sülh yolu ilə, dialoq və məsləhətləşmələr yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Havar Şəfiyeva