BMT-nin baş katibi Antonio Quterreş İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə BMT Baş Katibliyindən verilən açıqlamaya görə, Quterreş hücumda həyatını itirənlərin ailələrinə, yaxınlarına və Türkiyə hökumətinə başsağlığı verib.
Hücumu qətiyyətlə pisləyən Quterreş yaralananların tezliklə sağalmasını arzulayıb.
Dünən Beyoğlu İstiqlal küçəsində baş verən terror aktında 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.
Şayəstə