BMT-yə üzv dövlətlərin təmsilçilərinin bir hissəsi tərəfsiz qalsa da, İranda insan haqlarının pozulmasını ittiham edən qətnamə qəbul edilib.
Elchi-nin xarici informasiya vasitələronə istinadən məlumatına görə, BMT-nin uyğun komitəsinin yeni qətnaməsində İslam Respublikasında insan haqlarının pozulmasından, ölüm cəzasının “getdikcə daha çox tətbiqindən” dərin narahatlıq bildirib.
BMT Baş Assambleyasının insan haqları komitəsi həmin qətnaməni noyabrın 18-də verib. Üzv ölkələrdən 78-i lehinə, 35-i əleyhinə səs verib (onların arasında Rusiya,Çin,Belorus,Misir,Hindistan,Livan, İraq da var) 69-u tərəfsiz qalıb.
Kanadanın hazırladığı qətnamədə İran hakimiyyəti edamları, işgəncəni dayandırmağa çağırılır. Bu sənəddən əvvəl BMT-nin insan haqları üzrə xüsusi tədqiqatçısı Əhməd Şahid hazırladığı hesabatda Tehran hakimiyyətinin onu İrana burxmadığını vurğulayıb.
İran təmsilçisi qətnaməyə qarşı çıxaraq, bildirib ki,sənəddə Həsən Ruhani prezident olandan sonrakı “müsbət dəyişikliklər” nəzərə alınmayıb.
Qətnamə Baş Assambleyada qəbul olunmalıdır.