BMT bu gün Türkiyə baxımından əhəmiyyətli səs verməyə şahid olacaq.
Elchi.az “hurriyet”ə istinadən xəbər verir ki, Türkiyə 6 il fasilədən sonra 2015-16 illərində BM Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmaq üçün İspaniya və Yeni Zelandiyaya ilə yarışacaq.
Türkiyənin 6 ildən sonra yenidən BM TŞ-na müvəqqəti üzv olub-olmayacağı bu gün Nyu Yorkda BM Baş Qərərgahında reallaşacaq səsvermədən sonra bəlli olacaq. Xatırladaq ki, Türkiyə 2009-2010-cu ildə BM TŞ müvəqqəti üzvü olaraq seçilib. Əgər Türkiyə təmsil olunduğu “Qərb Avropa və Digərləri” qrupundan səs çoxluğu ilə çıxarsa, 1 Yanvar 2015-ci il tarixindən etibarən vəzifəsinin icrasına başqlayacaq. Elchi.az bildirir ki, Türkiyə səsvrməni qazanarsa, BM TŞ tarixində ilk dəfə 5 müsəlman ölkəsi (Türkiyə, Malayziya, Çad, Nigeriya və İordaniya) eyni vaxtda bu qurumda təmsil olunacaq.
Elchi.az