"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

BMT-Azərbaycan: tərəfdaşlığın 30 illiyi – MƏQALƏ

02 Mart 2022 - 10:49
in SİYASƏT
FacebookVatsap

Elchi.az BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın məqaləsini təqdim edir

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Bu gün, martın 2-də biz Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyini qeyd edirik. 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyası Nyu-Yorkda keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında qəbul etdiyi 46/230 saylı qətnamə ilə Azərbaycanı və digər səkkiz keçmiş sovet respublikasını BMT-yə yeni üzv kimi qəbul edib. Əslində, 1960-cı ildəki dekolonizasiyadan sonra 1992-ci il BMT-nin ən çox üzv qəbul etdiyi bir il oldu.

Yeni müstəqil dövlət olaraq Azərbaycan 1990-cı illərin əvvəllərində baş verən münaqişə üzündən ağır çətinliklərlə üzləşmişdi. Məhz bu səbəbdən BMT ilə Azərbaycan arasında tərəfdaşlığın ilk illərində BMT-nin yardımı əsasən qaçqınların və məcburi köçkünlərin təcili ehtiyaclarını qarşılamaqdan ibarət idi. BMT-nin ixtisaslaşmış agentlikləri 600 000-dən çox məcburi köçkünü və 200 000 qaçqını qida, səhiyyə xidmətləri, sığınacaq və digər qeyri-ərzaq məhsulları ilə təmin etmişdi. Hökumətin, yerli icmaların və beynəlxalq tərəfdaşların birgə səyləri genişmiqyaslı yerdəyişmənin kütləvi aclıq və epidemiyalar kimi ən faciəvi nəticələrinin qarşısının alınmasında mühüm rol oynayıb.

Növbəti illərdə isə BMT-nin dəstəyi münaqişədən sonrakı bərpa prosesləri və uzunmüddətli inkişaf ehtiyacları istiqamətində olub. Nisbətən qısa müddət ərzində Azərbaycan keçid iqtisadiyyatından yüksək insan inkişafı indeksinə malik yüksək orta gəlirli ölkəyə çevrilib. 1995-2019-cu illər arasında ölkənin İnsan İnkişafı İndeksinin göstəricisi 25,2% artaraq 0,604-dən 0,756-ya qədər yüksəlib. Bu dövrdə Azərbaycanda yoxsulluğun səviyyəsi 49,0%-dən 5%-ə enib, adambaşına düşən Ümumi Milli Gəlir isə təxminən 79,4% artıb.

Son 30 ildə Azərbaycan iqtisadi artım və insan inkişafı baxımından nəzərəçarpacaq irəliləyiş əldə edib. BMT-Azərbaycan münasibətləri isə yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa çevrilib.

BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub – 155 üzv dövlət Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səs verib.

COVID-19 pandemiyası dövründə Azərbaycan bir daha çoxtərəfliliyə sadiqliyini nümayiş etdirərək, məsuliyyətli tərəfdaş qismində pandemiya ilə mübarizə üzrə regional və qlobal səylərə töhfə verib. Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan Respublikası COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı qlobal təşəbbüslərə maliyyə dəstəyini ayırıb.

Bundan əlavə, zəngin multikulturalizm və dini tolerantlıq ənənələrinə malik Azərbaycan son illərdə bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməklə müxtəlif millətlər və xalqlar arasında mədəniyyətlərarası dialoqun və anlaşmanın genişləndirilməsi rolunu öz üzərinə götürüb.

Əminəm ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” strategiyasının tətbiqi ilə Azərbaycan özünü yüksək rifah cəmiyyətinə malik qabaqcıl iqtisadiyyata çevirmək istəklərini həyata keçirəcək.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, daha yaxşı inkişaf etmək, eləcə də COVID-19 pandemiyası və son münaqişənin fəsadlarını aradan qaldırmaq səylərini dəstəkləməyə davam edəcək.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, eləcə də gələcəkdə daha yaxşı inkişaf etmək və COVID-19 pandemiyasından və son münaqişədən sonra bərpa prosesi çərçivəsində səylərini dəstəkləməyə davam edəcək.

2021-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar. Çərçivə sənədi tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət.

Bunların hər biri çox iddialı hədəfdir və onlara çatmaq üçün daha qətiyyətli tədbirlər və cəmiyyətin bütün təbəqələrinin səfərbərliyi tələb olunur. Rezident Əlaqələndirici kimi mən BMT ailəsinə rəhbərliyim çərçivəsində bu hədəfləri Dayanıqlı İnkişaf Məqsədlərinə doğru ölçülə bilən tərəqqiyə çevirmək üçün inteqrasiya olunmuş həllərin hazırlanması və həyata keçirilməsində Azərbaycan Hökuməti və xalqı ilə sıx əməkdaşlıq edəcəyəm.

Biz Azərbaycana daha güclü, daha ədalətli və daha firavan cəmiyyət qurmağa kömək edə bilən və insanlara, sülhə, dayanıqlı həll yollarına, habelə ən həssas təbəqələrin ehtiyaclarına cavab verən təsisatlara sərmayə yatıran strategiyamızı davam etdirəcəyik.

Previous Post

BMT-Azərbaycan: tərəfdaşlığın 30 illiyi – MƏQALƏ

Next Post

Martın 12-13-də buraxılış imtahanı keçiriləcək

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Magistraturaya müsabiqə şərtləri məlum olub

Martın 12-13-də buraxılış imtahanı keçiriləcək

Magistraturaya müsabiqə şərtləri məlum olub

Martın 12-13-də buraxılış imtahanı keçiriləcək

Son xəbərlər

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.