BMT əməkdaşları İsrailə qarşı hücumlarda iştirakda ittiham olunurlar

🗓 30.04.2024 17:19 ✍️ "Elçi" qəzeti
BMT əməkdaşları İsrailə qarşı hücumlarda iştirakda ittiham olunurlar
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşları 2023-cü ilin payızında İsrailə qarşı hücumlarda iştirak ediblər. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu İsrailin Cenevrədəki BMT-dəki daimi nümayəndəsinin müavini Adi Farjon bildirib. O, fakt kimi ötən il oktyabrın 7-də İsrailə qarşı hücumlarda "UNRWA" -nın 19 üzvünün fəal iştirakını göstərib. Farjon həmçinin qeyd edib ki, agentliyin iki mindən çox əməkdaşı ya Fələstinin radikal HƏMAS hərəkatının, ya da İslami Cihadın üzvüdür. Havar Şəfiyeva 

Bənzər yazılar