Bloomberg: Yaxın on ildə dünya təhlükəli virusun yeni pandemiyası ilə üzləşə bilər

Bloomberg yaxın on il ərzində dünyada yeni qlobal pandemiyanın baş verə biləcəyini bəyan edib. Pandemiya riskləri iqlim dəyişikliyi, artan beynəlxalq trafik, əhali artımı və zoonoz xəstəliklər təhlükəsi səbəbindən artır. Elchi.az xəbər verir ki,məqalə müəllifləri deyirlər ki, “COVID-19 kimi ölümcül pandemiyanın növbəti onillikdə başlaya bilməsi ehtimalı 27,5 faizdir, çünki viruslar daha tez-tez ortaya çıxır”. Səhiyyə mütəxəssisləri artıq yeni mümkün qlobal epidemiyaya hazırlaşırlar. Hazırda H5N1 quş qripinin sürətlə yayılması ilə bağlı narahatlıq var. Məqalədə həmçinin qeyd olunub ki, hazırda Yaxın Şərq tənəffüs sindromu və Zika virusu kimi təhlükəli patogenlərin müalicəsi yoxdur. Nuranə Məmmədova