“Hindistan Rusiya neftini emal etdikdən sonra Qərb ölkələrinə satmaq üçün endirimlə alışını artırır”.
Elchi.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Hindistan yanvar ayında ABŞ-a təxminən 89 min barel benzin və dizel yanacağı tədarük edib ki, bu da “Kpler” analitiklərinin hesablamalarına görə, son dörd ildə ən yüksək göstəricidir.
Hindistan həmçinin Avropa İttifaqına (Aİ) gündə 172 min barrel aşağı kükürdlü dizel yanacağı göndərir.
Agentliyin məlumatına görə, Nyu-Dehli Qərbin məhdudiyyətlərinin tətbiqindən sonra neft tədarükündəki şokun qarşısını almağı hədəfləyir, lakin eyni zamanda, hərəkətlər Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəlirin azaldılması siyasətinə uyğundur.
Sanksiyalar sərtləşdikcə Hindistanın qlobal neft tədarük zəncirlərində getdikcə daha mühüm rol oynayacağı gözlənilir.
Yeganə