Britaniyanın “British Petroleum” neft korporasiyası Rusiyada neft və qaz almaq üçün sövdələşmələri dayandıracaq.
Bu barədə “Bloomberg” şirkətin əməkdaşlarından birinə istinadən xəbər verir.
Mənbə bildirib ki, yeganə istisna istehlakçıların enerji təchizatının təhlükəsizliyinə təhlükə yarada biləcək vəziyyət ola bilər”.
Qeyd edək ki, bundan əvvəl, “Shell” də oxşar addımı açıqlamışdı. Bundan əlavə, şirkət Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini bağladığını açıqlayıb.