Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bu gün İsraildə olacaq. O, İsrail səfərindən sonra İordaniyaya gedəcək.
Elchi.az xəbər verir ki, Blinken İsrailə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib. Blinken “müharibədə həyatını itirən ABŞ vətəndaşlarının sayının 22-yə yüksəldiyini və bu rəqəmin arta biləcəyini” ifadə edib.
Amerikalı nazir bu gün baş nazir Benyamin Netanyahu və prezident İshaq Hersoqla birlikdə İsraildədir.” O, İsrailə dəstəyini bir daha bəyan edəcək.
Nuranə Məmmədova