Biznes qurmaq imkanlarını araşdıran Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yeni hesabat açıqlayıb.
Doing Business-2015 reytinq cədvəlində (Reytinq) Azərbaycan iqtisadiyyatı 189 iqtisadiyyat arasında 80-ci pilləni tutur.
“Media forum” saytı xəbər verir ki, Azərbaycan ötən illə müqayisədə 10 pillə geriləyib. Doing Business-2014 hesabatında ölkə 70-ci yerdə dayanırdı.
Keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 15-ci, Estoniya 17-ci, Latviya 23-cü, Litva 24cü pilləni tutur.
Ermənistan 45-ci, Belarus 57-ci, Moldova 63-cü, Qazaxıstan 77-ci, Ukrayna 96-cı, Özbəkistan 141-ci, Tacikistan 166-cı yerdə qərarlaşıb.
Reytinq cədvəlinə Sinqapur, Yeni Zelandiya, Honkonq öncüllük edir.
Son sıralarda Mərkəzi Afrika Respublikası, Liviya, Eritreya gəlir.