"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bizim uşaqlığımız o gün dəfn olundu

03 İyun 2017 - 12:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu il mənim həyatımda çox şeylər dəyişəcəkdi. Məktəbə gedəcəkdim, ən əsası isə tək deyil, bacım kimi sevdiyim dayım qızıyla birlikdə eyni sinifdə oxuyacaqdım. Bunu da bilirdim ki, hələ aprel ayıdır. Sentyabra isə uzun bir vaxt var. Bu müddət ərzində dayım uşaqları ilə birgə olacam. Hər halda altı yaşında bir uşaq üçün öz dostları ilə birgə olmaqdan sevindirici hal olmazdı.

Bunu da oxuyun

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Mən daha bir başqa səbəbdən dolayı da sevinirdim. Bizim yeni evimiz babamgilin evinin yanında idi. O, söz verib ki, bizi özü məktəbə aparacaq. Deməli, mən həmçinin, baba qayğısını da görəcəkdim. Axı onu çox gec-gec görürdüm. Bu fikirlərim məni xəyallar aləminə elə aparmışdı ki, gözümü açanda mənzil başına çatdığımızı gördüm. Babam köç maşınının qabağına çıxmışdı və həyət darvazaları taybatay açıq idi. Mən maşından elə sürətlə tullanıb, babamın qucağına qaçdım ki, anam mənə “yavaş ol” deməyə vaxt tapmadı.

Mən ailəmizin Mahmud babası ilə elin Mahmud Ələsgəroğlusunun arasındakı böyük fərqləri görürdüm. Ailənin dirəyi olan Mahmud baba sərt və ciddi xarakterə malik idi. Onun özünün tərbiyə üsulu vardı. Elin Mahmud Ələsgəroğlusu isə səmimi, mehriban, söhbətcil və sadə idi. Babam- Şirvan aşıq məktəbinin aparıcı simalarından biri, bir neçə dastanın müəllifi… Fəxr edirdim onunla. İncə cizgilərlə cizilmiş siması, vüqarlı davranışı məni hələ lap uşaqlıqdan valeh etmişdi. Onun el sənətkarı olması isə bir başqa ovsunlamışdı məni. Babamı dayım uşaqlarına həmişə qısqanırdım.

Dayım övladları Sevinc və Ələsgər də babamla eyni evi paylaşırdılar. Baba ocağında, baba qucağında böyüyürdülər. Onları babama qısqansam da, bir-birimizə müxtəlif hislər bəsləsək də (qısqanclıq, sevgi, həsəd, bəzən kin) dayım uşaqları ilə çox gözəl üçlük idik. Tez-tez adi bir şeyin üstündə dalaşsaq da, zarafataynana bir-birimizə söz atıb barışardıq. Köçümüzün gəldiyinin ilk gündən evdəkilərin baş qarışıqlığından istifadə edərək yeni oyunların planını cızdıq. Biz üçümüz nə ilə məşğul olaq? Hər yeri, hər köşəni süzdükdən sonra nə edəcəyimizi tapdıq. Evin yuxarı hissəsində, Həyətə giriş üçün istifadə edilən darvaza tərəfdən qonşu həyətlə arakəsmə rolunu oynayan hasarda tikintidən qalma daş çıxıntılar vardı. Onlar adət üzrə sonradan kəsilməli idilər. Ancaq tale bizim üzümüzə gülmüşdü və o çıxıntılar bizim layihəmizin bünövrəsini təşkil etdi. Biz bu çıxıntılar vasitəsilə divara dırmaşacaq və hasarüstü oyunlar oynayacaqdıq. Nə edək, axı yer bizə kifayət etmir? Bizim hər gün davam edən məşqlərimiz oyunumuzu adiləşdirir, çətin məqamlarını aradan qaldırırdı. Bəzən, hasarın üzərində bardaş qurub evcik-evcik oynayardıq. Tut ağacının yarpaqlarını yığıb palçıq dolması edirdik. Çəpərə ya babamız yatanda, ya da evdə olmayanda çıxırdıq.

Onun hər gün evə gəlişini xatırlayıram. Darvazanı açmaq uğrunda yarışırdıq. Babanı kim birinci öpəcək? Nəinki öpmək, üzündəki nuru görüb öpüşümüzün nuruna zərər vuracağından qorxurduq. O maşından düşürdü və ehmallıca növbə ilə üçümüzün başımıza sığal çəkirdi. Dünyanın ən gözəl sığalı idi bu. Əlinin qabarmış cizgiləri saçımızı oxşayanda qəlbimiz fərəh hissi ilə dolurdu… “Hansımızı daha çox istəyir” deyə mübahisələr edirdik.

Baba evdədirsə, sakit olmaq lazımdır. Oyunlarımızda da bunu nəzərə almalıydıq. Onun yorğun, çökmüş gözlərini görəndən sonra yuxudan oyandırmağa heç ürəyimiz gəlməzdi. Hər gün tezdən oyanır, axşamacan həyətdə oynayır, günortalar yemək süfrəsinə gəlir, axşamüstü babadan pul çırpışdırır, onunla özümüzə kiçik ziyafət təşkil edirdik.

Babanın dəcəl balaları idik. Axşamüstülər küçənin ortasında əl damından çırpışdırdığımız şişlər ilə pomidor kababı çəkirdik. Ziyafət süfrəsində babamızın maliyyə dəstəyi ilə dondurma, sərin su, xoruzşəkilli şirin konfet, qarğıdalı çubuqları olurdu. Bu hər gün belə davam edirdi. Hər gün eyni ssenaridən yorulmurduq, çünki babamız bizə uşaqlığımızı yaşadırdı.

…Günlərdən bir gün biz boruüstü məşqlərimizi başa vurub evə qayıdırdıq. Bu dönüş zamanı biz işlərimizlə düz getməyən bir hal ilə üz- üzə qaldıq. Babamız maşınını həyətə daxil edərkən bizim üçün pilləkən funksiyasını yerinə yetirən daş çıxıntılar maşınını cızmışdı. Hətta cızmaq sözü yüngül qalırdı. Kişi elə hirslənmişdi ki, elə oradaca o çıxıntıları kəsməyə üz qoydu. Niyə də hirslənməsin ki? Əziyyətinin bəhrəsi bizim daş çıxıntılarımız tərəfindən əzilmişdi. Biz bu hadisəyə o qədər məyus olmuşduq ki, sanki canımızdan can gedirdi. “Bəlkə, babaya yalvaraq ki, onları kəsməsin?”- deyə çox fikirləşdiksə də, buna heç cür cürət edə bilmədik. Bununla onu daha da əsəbləşdirəcəyimizi anlayırdıq. Amma onun üzündə gördüyümüz o pərişan ifadə bizi istəyimizdən daşındırdı. Onun üzündəki məyus ifadəni bir daha görmədim.

İyun ayı yeni girmişdi. Biz hamılıqla babagildəydik. Babam isə nənəm və xalamla kəndə getmişdi. Orada bir neçə işi var imiş. Nənəmin anası da bizimləydi. Sükut çökmüşdü. Biz üçümüz səssiz bir küncdə oturmuşduq. Evdəkilər televizora baxsa da, biz oturduğumuz yerdə nə isə barədə müzakirə aparırdıq.

Gözlənilmədən sükut pozuldu. Qışqırıq səsləri evi başına aldı. Hər kəs özünü itirmişdi. Evdəkilər nə edəcəyini bilmədiyi üçün evin gah yuxarı, gah da aşağı başına dövrə vururdular. Biz heç bir şey başa düşmürdük. Axı birdən-birə nə oldu?! Dayım qapıdan içəri yeni girmişdi. Səs-küy onu da çox qorxutmuşdu, bizim kimi nə baş verdiyindən xəbərsiz idi. O da evdəkilərin halını görüb “Nolub?” deyə qışqırdı. Axı birdən- birə evdə niyə belə səs-küy qalxdı?! Dayım bir daha, yüksək tonla yenidən qışqırdı: “Nə olub?!” Nənəmin anası ağlaya- ağlaya dayımın yaxasından yapışdı. Və birqərara, dayanmadan deməyə başladı:

– Yıxıldı, yıxıldı! Balamın evi yıxıldı! Yıxıldı…

Dayım qorxdu:

– Nolub axı, ay arvad?!

Böyük fəlakət baş veribmiş… Babamızın qəfil ölüm xəbərini biz də dayımla bir öyrəndik. Deyiləcək heç bir sözümüz qalmamışdı. Bütün hislərimiz sükut içərisində yanağımızdan axan yaşla ifadə olunurdu. Dərdimiz böyük, yaşımız isə bu dərdi daşımaq üçün həddindən artıq az idi. Nə edəcəyimiz, kimə baxacağımızı, kimdən suallarımıza cavab istəyəcəyimizi bilmirdik. Kiminsə eşitdiyimizi inkar edəcəyini gözləyirdik. Kimsə zəng vuracaq, ya içəri daxil olacaq ki, “yalandır”!

Evdəkiləri gecə ilə kəndə getdilər. Kəndə çox güclü yağış yağırmış. Bizi aparmadılar babamızla son görüşə. Ancaq yenə də inanmırdıq. Gözləyirdik ki, evə gözəl xəbərlə qayıdacaqlar. Bu fikirlə gecəni necə yuxuya getdiyimi xatırlamıram. Gecə boyu gördüyüm yalnız bir yuxu yadımda idi: babam çarpayıda uzanıb. Başında yun papaq, əynində qalın köynək və adidas şalvar var. Şalvarın ətəyini corabın içinə salmışdı (onu heç vaxt belə görməmişdim). Başına hamı yığışıb. Və yalnız mən ondan uzaqdayam. Heç nə demədən ona baxıram. Sevincliyəm, çünki onun sağ olduğunu görürdüm. Yavaş-yavaş ona yaxınlaşdım:

– Baba, nə olub sənə? Dedilər ki, ölmüsən…

– Yoox (gülür), bir az əlim yanıb, – sağ əlini göstərərək dedi. O, bu əli ilə hər axşam evə gəldiyi zaman başıma sığal çəkirdi.

O, heç vaxt mənimlə dialoqda olmamışdı. Yarım qalan işini tamamlamaq üçün yuxuma gəlmişdi sanki.

Səhər açılanda gördüklərimin bir yuxu olduğunu anladım. Anladığım daha bir şey vardı: heç nə əvvəlki kimi olmayacaq! İşıq saçan çırağımızı, hər anımızda kürəyimizi söykədiyimiz dayağımızı, başımıza sığal çəkən babamızı itirmişdik.

Kəndə yağan yağış babam üçün yağırdı. Buludların göz yaşı idi o yağış. Buludlar da Mahmud babanın eldən gedəcəyi üçün ağlayırdı.

Daha sonra onun yas mərasiminə biz də qatıldıq. Həyatımızda qatıldığımız birinci və ən ağır yas mərasimi… 6 yaşlı uşaqları Allaha asi çıxardacaq qədər pis təsir etmişdi bu hadisə bizə. Canını tapşırdığı yerə baxırdım. “Onu burada cərəyan vurdu”, “Əlinin arxası ilə toku yoxlayırmış, toku ovucuna alanda cərəyanı buraxıblar” biz bu sözləri dəfələrlə eşitdik.

Allahı sevmirdik artıq. Çünki o bizdən babamızı almışdı. “Baba axı bizə bir söz vermişdi!” Sözünün üzərində durmağa isə həyat ona izn vermədi.

Babamın yasında bütün kənd ağlayırdı. Tanımadığım yüzlərlə insan var idi bəlkə. Onların gözündən axan yaşla bizim göz yaşımızın eyni olmadığını görə bilirdim. Biz babamızı itirdiyimiz üçün ağlayarkən, onlar el sənətkarının 56 yaşında gözlənilmədən, qəfil onları tərk etməsinə görə ağlayırdılar.

Mən babamın kim olduğunu dəfnində anladım. Babamı sevən neçə-neçə insanın necə yaralı-yaralı ondan bəhs edərkən tanıdım.

Bu illər ərzində hər zaman eşitdiyim bu oldu: “Mahmud böyük sənətkar, gözəl insan, vəfalı dost, qeyrətli oğul idi, yeri behişt olsun!”

…Mənim xatirəmdə qalan, uşaqlığımın bir parçası olan bu hadisədən bu gün artıq 15 il ötür. 15 ildir ki, o hadisə mənim gözümün önündə tez-tez canlanır. Şirvan əhlinin, onun dostlarının, əlinin qabarı, alnının təri ilə qurduğu ocağına toplaşmasından, onun son mənzilə yola salınmasından bizlər üçün qərinələrə bərabər uzun bir vaxt ötüb. Ancaq vaxtsız dünyadan köçən Aşıq Mahmud Ələsgəroğlunun səsi, şirin avazı bu gün də yaddaşlardadır.

 

Previous Post

Bizim uşaqlığımız o gün dəfn olundu

Next Post

ABŞ-ın addımları yenə təəssüf doğurur – Kreml

Bənzər yazılar

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Elchi.az...

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41

Sankt-Peterburqda Azərbaycan dilini öyrənmək istəyən rusdilli oxucular üçün nəzərdə tutulmuş “Azərbaycan dili. Baza kursu” adlı yeni dərslik nəşr olunub. Elci.az...

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. Elchi.az xəbər verir...

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

Next Post

ABŞ-ın addımları yenə təəssüf doğurur - Kreml

ABŞ-ın addımları yenə təəssüf doğurur - Kreml

Son xəbərlər

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.