“Gürcüstan hökumətini rusiyapərəst adlandırmaq olmaz”.
Elchi.az Newsgeorgia.ge-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Salome Zurabişvili bildirib.
“Mən heç kimi müdafiə etmirəm, amma hesab edirəm ki, Gürcüstan hökumətində rusiyapərəst ola biləcək heç kim yoxdur. Elə insanlar ola bilər ki, müxtəlif səbəblərdən konkret məqamda nədənsə qorxur, daxili siyasi səbəblərdən hansısa nəticə verə biləcək addımlar atır. Ola bilər, amma bu, prinsipial olaraq Rusiyayönlü demək deyil”, – Zurabişvili əlavə edib.
Yeganə