"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Biz böyük bir ədalətsizliyin şahidi olduq” – Elxan Süleymanov

27 Yanvar 2016 - 09:46
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya müsahibə verib.

– Bu gün AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı məruzə qəbul olunmadı. Buna münasibətiniz necədir?

– Bu gün AŞPA-da müzakirə olunan hər iki qətnamə layihəsinin müəllifi mənəm. Daha doğrusu, üç qətnamə layihəsi var idi. Birincisi, Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı, ikincisi isə Melitsa Markoviçin Sərsəng harayı ilə bağlı hesabatı. Bundan başqa, girov götürülmüş iki azərbaycanlıyla bağlı qətnamə layihəsi də var. Lakin o vaxt fitnəkar, Azərbaycanın düşməni olan AŞPA-nın baş katibi Voytsex Savitski bu qətnamə layihəsini ört-basdır etməyə çox çalışırdı.

“Bir daha öyrəndik ki, adı demokratiya olan evə arxayın olub, burada haqqı-ədalət axtarmaq gülüncdür”

İrəli sürülmüş qətnamə layihəsi Robert Valterin hesabatına göndərildi, o da hesabatı hazırladı. Qətnamə layihəsinin bəndlərindən də biri Ermənistan dövlətinin hər iki girovun tezliklə azadlığa buraxması tələbi idi. Bu sənəd komitələrdə də böyük səs çoxluğu ilə qəbul olunmuşdu. Ancaq son mərhələdə sənədin qəbul olunmaması artıq gözlənilən idi.

Bunun səbəblərindən biri diplomatiyamızın, mediamızın, siyasətçilərimizin bu məsələdə lazımı səyi göstərməməsidir. Çox maraqlıdır, işğalçı, təcavüzkar ölkə öz işğalını, təcavüzünü avropalıların məntiqinə yeridir, bu işdə “günahsızlığını” göstərmək istəyir. Burada bir çox üzv ölkələrin millət vəkilləri söhbət zamanı etiraf edirlər ki, ermənilər keşişlərdən, patriarxlardan, din xadimlərindən tutmuş, həmin ölkələrdə olan mədəniyyət, ictimai-siyasi xadimlərə qədər hamı ilə əlaqə yaradır, hansı deputatın öz ölkəsində kimin sözünü eşidə biləcəyini belə müəyyənləşdirib, onun vasitəsilə xahiş etdirir, ermənilərin mövqeyinə səs verməyə təşviq edirlər. Üzv ölkələrdən olan deputatlar özləri bunu etiraf edir.

Elə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı da bir çağırış idi. Bu işdə ən böyük zərbəni o bəyanat vurdu. Həmçinin, Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının (AXP) sədri məhz Sarkisyan ona məktubla müraciət etdiyi üçün gəlib qrupuna təsir etdi, onları öz iclaslarında bu hesabata səs verməməyə çağırdı. Bütün bu proseslər əlbəttə bizi məğlubiyyətə düçar etdi. Bundan əlavə, ermənilər 23 ildir ki, hər yerdə hər dəfə bu problemi “Dağlıq Qarabağ münaqişəsi” kimi təbliğ edirlər. Uzun illər mətbuatda, televiziyada, parlamentdə mən bunun davasını aparıram, bunun münaqişə adlandırılmasının əleyhinəyəm. Bu hesabatın da kökü, gücü, qüdrəti, gələcəyi adı ilə bağlı idi : Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri. Amma 23 ildə həmişə bu məsələlər müzakirə olunanda işğal edilmiş ərazilər qeyd edilməyib, ancaq Dağlıq Qarabağ münaqişəsi deyilib. Axı bu münaqişə deyil, münaqişə tərəflər arasında ziddiyyətdir. Burada konkret olaraq işğaldan söhbət gedir. Məruzədə konkret olaraq yazılmışdı ki, Ermənistan dövlətinin silahlı qüvvələri, separatçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal edib. Məhz buna görə də Ermənistan Avropa Şurasına üzv dövlətlərin prezidentlərini, baş nazirlərini, xarici işlər nazirlərini, hökumət nümayəndələrini bu hesabatın ləğvinə cəlb etmişdilər. Bu hesabat qəbul olunsaydı, onun adı bütün beynəlxalq ictimaiyyətə məsələnin mahiyyəti haqqında məlumat verəcəkdi. Buna görə də Ermənistan hakimiyyəti iş apardı. Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq. Hesab edirəm ki, bura demokratiya evi deyil, bura istədiklərini edə bilən bir təşkilatdır. Bunlar bir gün belə edir, sabah başqa cür. Bunlar göz görə-görə işğal faktını dandılar. Mən buna, əlbəttə, çox təəssüflənirəm. Eyni zamanda onu da bir daha öyrəndik ki, adı demokratiya olan evə arxayın olub, burada haqqı-ədalət axtarmaq gülüncdür. Avropa Şurası öz nüfuzunu itirmiş təşkilatdır. Bu təşkilat yalançı, fırıldaqçı qətnamə və sənədləri ilə dünyanın gözünü bağlayır, sadə insanları aldadır, ictimai fikri çaşdırır.

– Sizin qətnamə layihəsinin müəllifi olduğunuz ikinci hesabat isə qəbul olundu…

– Biz ikinci hesabatda çox mühüm qələbə qazandıq. Hesab edirəm ki, bu hesabat mənim irəli sürdüyüm qətnamə layihəsi əsasında hazırlanmasından başqa, eyni zamanda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının əməyinin nəticəsidir. Məhz Sərsəng su anbarı ilə bağlı AVCİYA-nın rayonlarda yaratdığı koordinatorlar beynəlxalq təşkilatlara bu bölgədə yaşayan insanların susuzluqdan əziyyət çəkdikləri, ərazidəki səhralaşma, ekoloji, bioloji fəlakətlə bağlı saysız-hesabsız məktublar ünvanlayıblar. Amma o təşkilatlardan heç bir cavab gəlməyib. Yəni, birbaşa, mərkəzləşmiş şəkildə Azərbaycan torpaqlarının işğalı barədə Avropada Azərbaycana qarşı çox güclü qəzəb və nifrət var. Azərbaycana insan haqları və digər məsələlərdə beynəlxalq təşkilatlarının təzyiqinin ancaq bir səbəbi var, bizim başımız qarışdırıb, torpaqlarımızın işğaldan azad olunması məsələsində susdurmaq. Həmişə belə olub, Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı məsələni aktuallaşdırdıqca, onlar da Azərbaycanda insan haqları məsələlərini kəskinləşdirməyə çalışacaqlar.

Görünür xanım Markoviçə bölgələrdən, vətəndaşlardan göndərilən saysız-hesabsız məktublar, onunla vətəndaşlar arasında görüşlərin təşkili və s. kimi məsələlər bu hesabatın hazırlanmasında, qəbul olunmasında öz bəhrəsini verdi. Bu hesabatda da işğal faktları bütövlüklə öz əksini tapır. Misal üçün, xanım Markoviç hesabatının bəndlərindən birində qeyd edib ki, Ermənistan dövləti, silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib. İşğal etdiyi ərazilərin birindəki Sərsəng su anbarını qeyd edir. Bundan başqa, daha irəli gedərək xanım Markoviç göstərir ki, işğal edilmiş ərazilərdən başqa ermənilər daha altı rayonu da susuz saxlayaraq burada yaşayan insanların həyatında ekoloji, humanitar və bioloji faciə yaradıblar. Eyni zamanda xanım Markoviç qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməlidir. Hesab edirəm ki, bu, bizim qələbəmizdir. Bu hesabatda da Ermənistanın işğalçı olduğu qeyd edildi. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Hesabatın biri qəbul edilməsə də, əsas məqsəd Ermənistanın işğalçı siyasətini gündəmə gətirmək idi, biz buna nail olduq. Mən də bu qətnamə layihələrinin müəllifi olaraq, özümü çox xoşbəxt hiss edirəm.

Previous Post

“Biz böyük bir ədalətsizliyin şahidi olduq” – Elxan Süleymanov

Next Post

Təhsil naziri Mikayıl Cabbarovun adı da “MTN işində” – ŞOK İDDİA

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Təhsil naziri Mikayıl Cabbarovun adı da "MTN işində" - ŞOK İDDİA

Təhsil naziri Mikayıl Cabbarovun adı da "MTN işində" - ŞOK İDDİA

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.