"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə

20 İyul 2014 - 01:38
in MƏDƏNİYYƏT
FacebookVatsap

Akif Səmədin 55 illiyinə..12927

Bunu da oxuyun

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

1989-cu ilin iyul ayının 5-i idi. Beş  gündü ki, Saatlı RTŞ-yə inspektor vəzifəsinə təyin olunmuşdum.Hamı məzuniyyətə getdiyindən idarədə tək qalmışdım. İçəri bir cavan oğlan girdi və özünü təqdim etdi:

-Sımada kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Osman Musayev.

– Çox gözəl, əyləşin.

Xeyli söhbət etdik. Hər ikimiz Saatlıya təyinatla gəlmişdik.Qazaxdan olduğunu söylədi və mənim də yoldaşımın qazaxlı olduğunu biləndən sonra söhbətimizi çayxanada davam etdirməyi qərara aldıq.

Birdən qayıtdı ki:

-“Dönüş” qəzetində şeirləri dərc olunan Şəmsi Qoca sənsən?

-Bəli, mənəm.

Bir qədər tənqidi mülahizələrini söylədi və düzü onun bu cür təhlili mənə ləzzət elədi. Hiss olunurdu ki, Osman müəllim Bakı ədəbi mühitinə yaxındır. Məndən Akif Səmədi tanıyıb-tanımadığımı xəbər aldı.

-Düzü tanımıram-dedim.

-Cox nahaq. Yoldaşınla bir kənddəndi, İncəlidir. Bilirsən necə gözəl şairdir? Mən deyərdim ki, müasir dövrdə ən yaxşı yazanlardan biri Akifdir. Sadə, təvazökar adamdır. Mütləq sizi tanış edərəm. Amma bir şey də deməliyəm.

-Nədir o?

– Səndə Akif Səməd ruhuna qəribə bir yaxınlıq var. Şeirlərindən Akif ruhu duyulur. Ona görə xəbər aldım.

-Vallah, elə bir şairlə tanışlığım da yoxdur, şeirlərini də oxumamışam-dedim.

–  Çantasından iki kitab çıxardı:

-Akifin kitablarıdır. Sənə verirəm. Oxu, onda fikirlərin daha mükəmməl olacaq.

Kitabları aldım. Əl boyda olan bu kitablarda Akifin 70-ci illərdə yazdığı şeirlər toplanmışdı.

İşdən qayıdanda kitabları da özümlə götürdüm. Evdə yoldaşıma göstərib:

-Bu şairi tanıyırsanmı?-deyə soruşdum.

-Əlbəttə, bu ki, mənim sinif yoldaşımdır,qohumumdur, necə tanımaya bilərəm? Sonra Akifdən bir xeyli söhbət elədi. Şeirlərdən oxuyub Akif ruhunun qonağı olduq. Mənim Akif Səmədlə ilk tanışlığm belə oldu.

Bunu yazmamışdan da mətləbə keçə bilərdim. Amma yazının girişində bunu qeyd eləməyimin səbəbi var. Hörmətli oxucunun səbri çatsa sonda məqsədimi biləcək.

****

Aslanbəyli kəndi unikal kənd olduğu kimi, adamları da bənzərsiz və təkrarolunmazdır. Və bu kəndin ən unikal adamı da Akif Səməddir. Kənddə hamının sanballı Səməd deyə çağırdığı Səməd kişi öz ağır və ağayana təbiəti ilə seçilirdi. Kişinin bu xasiyyəti Akifdə də vardı. Sözü salğarlı, özü salğarlı və sanballı kişi olmağı ilə.

Anası Akifi şair doğmuşdu. Təpədən dırnağacan, bütün varlığı ilə şair idi Akif Səməd. Adəmdən özünəcən bircə qarışlıq bir ömür yolunda özünü və ruhunu yazırdı bu adam. Heyrətamiz  dərəcədə Azərbaycan və dünya ədəbiyyatına və mədəniyyətinə bələd olan Akifin nə zaman bu qədər oxuduğunu, nə zaman bu qədər yazdığını məncə kimsə bilmədi, daha doğrusu bilə bilmədi. Hörmətli akademikimiz Nizami Cəfərovun təbiri ilə desək, adam mat qalırdı ki, bu dərvişin nəyinə lazım idi bu qədər hər şeyi dərindən bilmək? O, ki sadə bir sufi ömrü yaşayırdı. Dünyanın malında, mülkündə zərrəcə gözü və tamahı olmayan bu adam bildiyini şeirlərindən başqa heç yerdə nə istifadə,nə də nümayiş elətdirmirdi.

Özünü yazırdı. Yazdıqca da Tanrı verdiyi ömrü dəlicəsinə xərcləyir, anbaan, saniyəbəsaniyə qocalırdı. Müdrik qocalar kimi, dünyanın dərinliyinə, həyatın ənginliyinə varır, sözün canına can qatırdı. Söz onun üçün hər şey idi, çünki özü söz idi. Adi söz deyildi, amma. Tanrı pıçıltısı, göylərin səsi idi. İlhamının mayası haqdan, özü uzaqdan gəlirdi:

Bir meşədə bir ağacam, kölgəsiz,

Arzularım, gümanlarım bəlkəsiz.

Dağ döşündə bir bulağam, kimsəsiz,

Öz zümzüməm, öz gümültüm, həyanım.

Dörd tərəfində adamlar, ətrafında sözünün istisinə qızınanlar, ocağından köz götürənlər çox olsa da Akifdə qəribə bir təklik, yalqızlıq vardı.O, özüylə danışırdı. Üzü müsahibinə tərəf olsa da ürəyi, beyni öz dünyasında idi. Özündə, sözündə olmazdı, cezv məqamından enməzdi. Təbrizin, Şuşanın dərdini çəkir, həsrətin, ağrının, acının içindən qıvrılıb gələn nisgilini Arazın rənginə çevirib gözlərinə hopdururdu:

Görəsən necədi murazın rəngi?

Yenə yaşıldımı bu yazın rəngi?

Gözümə çəkilib Arazın rəngi,

Təbriz saçlarımda-dəndə yaşayır.

Kəndi şəhərə daşıyan İncə yollarının həsrətini çəkə-çəkə üz tutdu doğma Qazaxa, ruhunun pərvəriş tapdığ yerə. Bərələri, bəndləri,qarış-qarış gəzib təzədən Bakıya qayıtdı.”Səhraya qaçan Məcnuna, Olub bəhanə dərvişlik” -deyib də özünün ən mübhəm sirrini açdı, açılmayan sirr qalmaması üçün sözün pərvanəsinə döndü Akif Səməd:

Pərvanə könlümün

Oda yanmağı var.

Bir dənizdə susuz

Ada yanmağı var.

 

Kərəm bilib güldün,

Yar qoynundan sürgün,

Akifin də bir gün,

Dədə, yanmağı var.

Həmin o bir günün sorağıyla haralara getmədi, kimlərə üz tutmadı? Həmin o bir gün isə onu qarabaqara izləyir, onu yandırıb-yaxacağı anı gözləyirdi. Elə yandırmaq ki, tüstüsü çıxmasın, amma səsi, sorağı aləmi başına götürsün.

Sazın Yunus Əmrə kökünü, Mövlana kökünü, Ədalət kökünü, təkcə Akif bilirdi. Öz bildiyi kimi də havaları ürəyində çalırdı. Çaldıqca da alnındakı qırışdan qan damırdı mizraba, sazın simlərinə. Allahı insafa çağıran Akif, insanı Allahın köməyi, Allahın da elə insaf olduğunu bildirir, ona görə də insafı  salamlayırdı:

Allah insaf deməkdir,

İnsafa salam olsun.

İnsan sana köməkdir,

İnsana salam olsun.

İnsanda insafı görməyib onun allahsızlığını dərk edən Akif qoşa infarkt keçirməyib neyləməliydi?

“Şahı yekəxana, qulu heyvərə” dünyaya bir dəfə gəlib də bir dad dadmayan bu dərviş təzədən gəlməyə hacət ummur və ömrü birtəhər başa vurub Haqqa qovuşmağa can atırdı. Yaşadığı illərin mahiyyətini Atilaya belə anladırdı:

Yamanın görkü olmadım,

Yalanın kürkü olmadım,

Yamacda tülkü olmadım,

Pələngcə yaşadım, oğul!

Di gəl ki, pələngcə yaşayan Akifin ətrafında həpənd tülkülər də az deyildi. AYB-

nin qurultayından sonra kimlərəsə xoş gəlsin deyə, Akifə salam verməyi özünə

sığışdırmayan “həpənd dostlar” da

varıymış. Bunu hələ illər öncə bildiyindən:
Məni dostlarım öldürdü,

Düşmən dirildər, inşallah-demişdi Akif.

Və bir də demişdi ki:

Ocağı mənə göstərin,

Yurdumda daş olum, qalım.

Elə də oldu. Ocağın yerini tapıb İncə dərəsində daş heykələ döndü Akif Səməd. Uşaqlıqda yüyürüb qaçdığı, bənövşələrinin telinə sığal çəkdiyi Aslanbəyli qəbristanlığında uzaqlardan gələn ziyarətçilərini-söz, sənət xiridarlarını salamlayan heykələ….

 

***

4 iyul 2004-cü il. Saatlıdan köçümü dartıb gətirdim Bakıya. Axşam Akifə zəng elədim:

_Qardaş, axır ki, köçü gətirdim.

-Əcəb elədin! Axır ki gəldin. Onda sabah Natəvan klubuna gəl, saat 12-də Rəfailin ( İncəyurd) 50 illiyidir.

– Bəlkə gəlməyim. Evi səliqəyə salmaq lazımdır.

-Fəridə eləyər. Sən mütləq gəl.

Səhəri gün Natəvan klubuna getdim. Bir az gecikmişdim deyəsən. Ayaqüstü görüşdük. Tədbir başladı. Xeyli çıxışlar oldu. Məclisi Akif aparırdı. Mənə də söz verdi.

Tədbir qurtarandan sonra foyedə yenidən görüşdük. Çox pis öskürürdü. Rəngi də qapqara qaralmışdı.Qoluma girdi:

_havam çatmır-dedi- gəl çölə çıxaq.

Çöldə bir qədər  Aşıq Ədalətlə söhbət eləyib AYB-nin qarşısındakı bağa keçdik. Təxminən bir saat mənə son dövrdə baş verənlərdən, etibarsız insanlardan danışdı. Məmməd Dəmirçioğlunu xəbər aldım. Dedi ki, Məmməd Daşkənddədir. Sağ olmuş gəlib çıxmır. O burada olanda özümü rahat hiss edirəm.

Baxışlarını uzaqlara zilləyib dedi:

-Şəmsi, dost Məmməd kimi, Qafar kimi, Nəvai kimi olar. Daha bir bakal pivəyə tost deyən filankəslər kimi( bir düjün ad çəkdi) olmaz.

Siqaretim yox idi. Siqaret istədim. Onda da qurtarmışdı.  Kənarda söhbət eləyən Ramiz Hümmətova yaxınlaşıb söz demək istədim. Arxadan boynumu qucaqlayıb:

-Şəmsi məni tut-dedi. Geri çevrilib onu qucaqladım. Rəngi qapqara qaraldı…

Süni nəfəs verdim. Heyhat:

Bir kənddən çıxmağım keçmişdə olub,

Bağışla, İncəsu, keçmişdi, olub.

Çıxmışam cəhənnəm, bir işdi, olub,

Qayıda biləydim sonda o kəndə-deyən Akif kəndə qayıdırdı. O kəndə ki, orda onu sevənlər, sözünün şəhdinə uyanlar vardı…Ağlıma ilk gələn Osman oldu. Osman Ənvəroğlu. Zəng elədim:

-Osman, Akif rəhmətə  getdi…

-Dəlisən?

-Yox. Amma Akif yoxdur artıq.

-Gözlə, gəlirik.

Bu da məhz iyulun 5-də oldu. Akifin 45 yaşının tamam oımasına 17 gün qalırdı.

Beləliklə də

15 ildən sonra Akifin dediyi təsdiqini tapdı:

-Bircə qarış yol varıymış,

Adəmdən Akif Səmədə.

 

Şəmsi Qoca

qocaman1961@mail.ru

Previous Post

Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə

Next Post

Vurulan “Boeing”də Saakaşvilinin xanımı da uçmalı imiş

Bənzər yazılar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

10 Sentyabr 2026 - 13:45

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı yüzlərlə tarixi-mədəni abidə dağıdılıb və müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş maddi ziyanın...

Next Post

Vurulan “Boeing”də Saakaşvilinin xanımı da uçmalı imiş

Vurulan “Boeing”də Saakaşvilinin xanımı da uçmalı imiş

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.