"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bir məhkəmədə diqqət çəkən məqamlar

29 May 2018 - 18:02
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Bir məhkəmədə diqqət çəkən məqamlar
Neçə müddətdir ki, ölkəmizdə az-az təsadüf olunan ağır cinayət işinin istintaqı, daha sonra isə bu işlə bağlı məhkəmə prosesi gündəmdən düşmür. Hadisələrin mərkəzzində ən yüksək vəzifələrdən birinin, dövlətin nəbzinin göstəricisi Az.TV-nin sədri vəzifəsini tutan,  sabiq millət vəkili Arif Alışanovun dayanması bu maraq üçün kifayət edə bilərdi.
Maraqlı məqam isə ondan ibarət idi ki, istər istintaq, istərsə də məhkəmə prosesləri zamanı kütləvi informasiya vasitələrinə hansısa “xırda detalların sızdırılması” cənab Arif Alışanovun Şücaət Əkbərovdan başqa da “xeyirxahlarının” olduğunu və həmin “xeyirxahların” nəinki azadlıqda, üstəlik, yüksək məqamlarda olduğundan xəbər verirdi. Məsələn, azadlıqda və üstəlik, yüksək məqamlardakı “xeyirxahlar” ictimai fikrə cənab Arif Alışanovun torpaq alqı-satqısı zamanı barəsində söhbət gedən məbləğləri haradan alması sualını yeritmək idi. Düzdür, məhkəmə iclaslarında həmin sualın cavabı verilirdi və məlum olurdu ki, cənab Alışanov saysız-hesabsız qohumlarının maddi iştirakı və dəstəyi ilə ailə üzvlərinin iş qurmalarına xeyir- dua verib.
Bütün bunlara baxmayaraq, sosiuma yeni suallar sızdırılırdı və yenə sızdırılır.
Bu gün Arif Alışanov  və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Polemik. az-ın məhkəmədə olmuş əməkdaşının verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən  prosesdə qeyd edilib ki, keçən məhkəmədə təqsirləndirilən şəxslər hakimlər kollegiyasının tərkibinə etiraz edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Bundan başqa, təqsirləndirilən Şücaət Əkbərob Arif Alışanovun məhkəmə baxışına gətirilməsini və AZTV sədri gətirilənə qədər məhkəmə prosesinin təxirə salınmasını tələb edib.
Hakim bildirib ki, A.Alışnovun məhkəməyə dəvət edilməsi ilə bağlı ona məlumət verilib və yenidən bildiriş göndəriləcək
 Daha sonra şahid qismində Şamaxı rayonunda icra nümyəndəsi vəzifəsində çalışan Abıl Həsənov dindirilib. O bildirib ki, oğlu Bəhruz Həsənovun adına olan 2 hektar torpağı Şücaət Əkbərova 50 min manata satıb.
Şahid həmçinin qeyd edib ki, Ş.Əkbərov onu işdən çıxartdırmaq istəyib.
Ş.Əkbərov da şahidin dediklərini təsdiqləyib: “Biz və Arif Alışanov Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat pul vermişik. Həmçinin digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Səbəb kəndi ələ keçirmək olub”.
Replika: Ağır cinayətdə ittiham olunan Şücaət Əkbərovun şahid qismində danışan icra nümayəndəsinin “Ş. Əkbərov məni işdən çıxartdırmaq istəyirdi”- fikrinə dərhal təsdiqləyici cavabı maraqlı olub. Təqsirləndirilənin konkret məbləğ müqabilində istəklərinin reallaşdırılması üçün Arif Alışanovun da pul verdiyini deməsi, azından ona görə ciddi qəbul edilə bilmir ki, söhbət Az.TV sədrinin hansısa bir kənd bələdiyyəsinin sədri və ya icra nümayəndəsinin işdən çıxarılmasına görə pul verməsindən gedir. Xatırlatmaq hökmən lazımdır ki, Arif Alışanovun elə bir istəyi olsaydı, onun kiməsə bir zəngi kifayət edə bilərdi. İttiham olunan Əkbərovun Arif Alışanovu rüşvət verməyə cəhddə də ittihamlar üçün hazırlaması açıq- aydın görünür və bu detal özü onun ifadələrinin səmimiliyini şübhə altına alınması üçün kifayət edə bilər.
Qeyd edək ki, ittihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
 S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.
2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib, lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.
Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb, lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib, lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.
 M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.
Haşiyə: “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinovla birlikdə cinayət məsuliyyətinə cəlb edilmiş təqsirləndirilən Aqşin Hüseynovun həyat yoldaşı Fərzanə Hüseynova unikal.org-a danışdıqları maraq doğurur. Baş verən cinayət hadisəsində həyat yoldaşı Aqşin Hüseynovun günahsız olduğunu, Şücaət Əkbərovun günahı və cinayəti ucbatından həbsə atıldığını iddia edir.
Xanım Hüseynovanın dediklərindən məlum olur ki, təqsirləndirilən Şücayət Əkbərov Arif Alışanova və onun ailə üzvlərinə qarşı cinayəti detallarına qədər hazırlayıbmış:  “Aqşin iki dəfə silahların yerini dəyişdirib. Şüayət Aqşini aldadıb ki, Arif müəllimin həmin silahlardan xəbəri var. Ona görə, rahat-rahat bu silahların yerini dəyişib. Amma Aqşinin bu silahlardan sui-qəsd hadisəsinə görə nəzərdə tutulmasından xəbəri olmayıb”. Xanım həyat yoldaşının təqsirsizliyini iddia etmir, lakin o qənaətini bölüşür ki, ərinin cinayəti düzgün tövsit olunmayıb: “Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi maddəsi ilə biz razı deyilik. Aqşinə yalnız silah görüb, xəbər verməmək maddəsi ilə cinayət işi açıla bilərdi. Amma bunlarla birlikdə tutulmuşdu deyə, yuxarıdakı maddəni onun adına da əlavə ediblər”. Təqsirləndirilən Hüseynovun xanımı Arif Alışanova qəsdin motivi barədə danışır: “İstintaqdan, ətrafdan eşitdiyim məlumata görə, onlar Arif Alışanovun küllü miqdarda pullarını yeyiblər. O, pullar ortalığa çıxmadığına görə, yəqin ki, bu sui-qəsdi təşkil etmək istəyiblər. Aqşin iş barəsində bizə heç nə danışmırdı. Yalnız o, Arif müəllimin haqqında müsbət fikirlər səsləndirirdi. Onda bilirdik ki, Arif adda adam var. Amma bilmirdik ki, kimdi? Nəçidir? Aqşin hər zaman deyirdi ki, o çox xeyirxah adamdır, müdrik insandır”.
 Xanım Hüseynovanın dediklərindən o da məlum olur ki, ağır cinayətdə təqsirləndirilən Şücayət Əkbərov  həbsdə olmasına baxmayaraq, ona və ailə üzvlərinə təzyiq etmək imkanında olub. O həmin təzyiq barədə belə deyir: “Əvvəl tutulanda, Şücaətin qızı bizə təzyiq göstərirdi. Məqsədi Aqşinin vəkilinin dəyişməsi idi. Guya biz vəkilimizi dəyişib, onlar təklif edən vəkili tutaq. Qeyd edirdi ki, vəkiliniz pisdir. Dəyişsəniz yaxşı olacaq. Sonra qayınatamın evinə kənd adamlarını göndərir, bu təzyiqləri davam etdirirdi. Deyirdi ki, Aqşin ifadəsini və vəkilini dəyişməlidir. Bu olmasa başı ağrıyacaq. Sonra mənim atamın evinə adam göndərməyə başladılar. Atam da təzyiq xəstəsidir, ona həyacanlanmaq, əsəbləşmək olmaz. Atama deyiblər ki, Aqşin gizlətdiyi texnikaların sənədlərini qaytarsın, ifadəsini dəyişsin. Əks halda başınız ağrıyacaq. Belə fikirlərlə atama təzyiq göstərmişdilər”.
Hə, təzyiq edən kəsin real imkanlardan çıxış etdiyi hər məqamda görünür. Məsələn, ötən məhkəmə prosesində Müsabil Namazov  ifadəsində A.Alışanovun həyatına sui-qəsd ediləcəyi barədə ilk dəfə nə vaxt eşitdiyini deyib: “Gördüm ki, Qoçəli ilə Şücaət nə isə danışır. Qoçəli dedi ki, müəllim bura gəlir, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər. Elə həmin vaxt Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu, qansız işdir. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd etmək olmaz. Tapşırıq vermişdilər ki, Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələyim”.
Şahid ifadəsində AzTV sədrinə sui-qəsd planı hazırlanması barədə polisə xəbər vermək üçün paytaxta gəldiyini deyib: “Gəlib polis idarəsində Arif Alışanova qarşı sui-qəsd planı hazırlandığını dedim”.
Şahid Ş.Əkbərovun vəkilinin sualına cavab olaraq qeyd edib ki, əsas məqsədi Şücaətgili aldatmaq olub: “Ona görə bunlarla razılaşdım ki, vaxt udum. Lazım olan məqamda Şüayətgili aldadıb tərksilah edəcəkdim”.
Ən maraqlı məqam ondan ibarətdir ki, şahid ifadəsinə görə, Əkbərov cənab Alışanovun və onun ailə üzvlərinin, sadəcə, öldürülməsi ilə kifayətlənmək fikrində olmayıb. Müsabil Namazov onu da qeyd edib ki, sui-qəsd baş tutacağı təqdirdə meyitlər doğranılaraq torbalara yığılmalı imiş.
Ümumiyyətlə, bu cinayət işi üzrə başlanan məhkəmə təkcə ona görə diqqət çəkmir ki, söhbət Az.TV-nin sədrinə qarşı planlaşdırılmış ağır cinayətdən gedir, digər məqam isə həmin Az.TV sədrinin mənsub olduğu düşərgənin- mətbuatın  cənab Alışanova qarşı əsasən qəzəbli, hətta qərəzli olmasının açıq- aydın görünməsi ilə bağlıdır. O qəzəb və qərəz bəzən o həddə olur ki, mətbuatın əsas prinsipini- tərəfsizliyi də unutdurur.
Firuz Kazımoğlu.
Previous Post

Bir məhkəmədə diqqət çəkən məqamlar

Next Post

Nazirlik: Mayda sonuncu dəfə belə sərin hava 9 il əvvəl olub

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post

Nazirlik: Mayda sonuncu dəfə belə sərin hava 9 il əvvəl olub

Nazirlik: Mayda sonuncu dəfə belə sərin hava 9 il əvvəl olub

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.