"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bir azdan dava başlayacaq

03 Dekabr 2014 - 09:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Siyasi hakimiyyətdən QMİ sədrinə növbəti zərbə; Müsəlman dini icmalarına nəzərdə tutulan 2,5 milyon manat yardım Dini İdarədən alınaraq Dini Qurumlarla İş üzrəimg1693517 Dövlət Komitəsinə verildi, Şeyxülislamın hakimiyyət daxilində mövqeləri sürətlə zəiflədilir; Paşazadələrin reaksiyası necə olacaq…

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Xəbər verdiyimiz kimi, noyabrın 29-da ölkə prezidenti İlham Əliyev dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycanda dini icmalara maliyyə yardımı haqda sərəncam imzalayıb. Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Bu xəbərdə ilk baxışda qeyri-adi nəsə yoxdur. Demək olar ki, dövlət başçısı yerli dini icmalara maliyyə dəstəyi ayırır.
Ancaq bu sərəncamda diqqət çəkən məqam dini icmalara maliyyə yardımının məhz Dini Komitəyə həvalə olunması idi. Məsələ burasındadır ki, əvvəlki illərdə müsəlman dini icmalarına maliyyə yardımı Qafqaz Müsəlmanları İdarəsinin əli ilə paylanırdı.
Məsələn, 2013-cü il fevralın 2-də Azərbaycan prezidentinin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. Qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-islam təmayüllü icmaların hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb. 400 min manat qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb.
Göründüyü kimi, 1 il əvvəl dini icmalara maliyyə yardımı iki fərqli instansiya vasitəsilə verilib. Müsəlman dini icmalarına yardım QMİ-yə verilib və 2 milyon manat məbləğində olub. Qeyri-İslam təmayüllü icmalara yardım isə DQİDK xətti ilə yayılıb, məbləğ isə 400 min manat olub. Ancaq bu ilin noyabrında ölkə başçısı hər iki məbləği və istiqaməti cəmləşdirərək Dini Komitəyə ayırıb.
Yəni Azərbaycandakı bütün dini icmalara maliyyə yardımını DQİDK paylayacaq. Yeri gəlmişkən, burda “paylamaq” sözü bir qədər şərtidir. Çünki daha əvvəl QMİ-nin hansısa müsəlman icmasına maliyyə ayırması ilə bağlı məlumat verilməyib. Bu məbləğin dini icmalara hansı formada veriləcəyi də hələlik aydın deyil. Daha əvvəl DQİDK-nın qeyri-islami icmalara birbaşa maliyyə yardımı etməsi faktı olsa da, indi bütövlükdə həm müsəlman, həm də qeyri-müsəlman icmalara bu pulların necə xərclənəcəyi hələlik açıqlanmayıb.
Lakin bu faktın ən maraqlı məqamı müsəlman dini icmalarına maliyyə yardımının QMİ-dən alınaraq DQİDK-ya verilməsidir. Doğrudur, ölkə başçısı bu ilin yanvarında QMİ-yə 3 milyon manat ayırıb. Bu məbləğin haqqında heç bir bilgi olmayan dini mərkəz üzərindən QMİ-yə ayrılması hökumətin şeyxülislamın ölkədə keçirdiyi dini konfrans və tədbirlərin təşkilinə dəstəyi hesab olunurdu.
Ancaq indiki halda dini icmalara ayrılan vəsaitin Dini İdarədən alınması son aylarda özünü göstərən QMİ-DQİDK savaşının nəticəsi və ya belə demək mümkünsə, hakimiyyətdəki rəqiblərinin Şeyxə zərbəsi kimi qiymətləndirilir.
Doğrudur, hazırda Dini İdarənin maliyyə imkanlarını və nəzarətindəki biznes sahələrinə diqqət etsək, o zaman 2 milyon manat o qədər də böyük məbləğ hesab oluna bilməz. Bu mənada söhbət yalnız məbləğdən yox, din sahəsində fəaliyyətlərin son aylarda tədricən Şeyxin nəzarətindən çıxarılması cəhdlərindən gedir.
Bu barədə daha əvvəl də yazmışdıq ki, hakimiyyətdə Şeyxin ciddi rəqibləri var və son zamanlar din sahəsində QMİ sədrinin mövqelərinə güclü zərbələr məhz bu qrupdan gəlir. Bir neçə ay əvvəl Şeyxin, necə deyərlər, başı üzərindən “ehsan qadağası” göstərişi yayıldı. Bu göstərişin konkret kim tərəfindən verildiyi məlum olmasa da, sonradan bəlli oldu ki, prosesdə Şeyxin rəyi ilə kimsə maraqlanmayıb. Və gözənildiyi kimi, o da bu qadağaya müqavimət göstərdi.
Oktyabrda isə Dini Komitənin ölkədə dini maarifçilik sahəsində fəaliyyət göstərəcəyi haqda məlumatlar yayıldı. Məlum oldu ki, DQİDK sədri yanında müstəqil ilahiyyatçıların təmsil olunacağı İctimai Şura yaradılır. Hətta ilahiyyatçılarla komitə sədri arasında bir dəfə belə bir görüş keçirilib.
Daha əvvəl dini maarifçilik sahəsinin QMİ-yə aid olduğu və dövlətin dini proseslərə müdaxilə etmədiyi, yalnız nəzarət etməsi ilə bağlı fikirlərin ziddinə olaraq komitənin dini maarifçilik sahəsinə daxil olması Şeyxin nüfuz dairəsinə müdaxilə kimi qiymətləndirildi…
Hesab olunur ki, iqtidardakı rəqibləri Şeyxin mövqelərini zəiflətməyə çalışır. Lakin onun sıxışdırılmasının arxasında dayanan səbəb heç də din sahəsindəki passivliyi ilə bağlı deyil. Daha ciddi səbəb şeyxülislamın biznes imperiyası və ətrafında formalaşdırdığı gücdür – hansı ki, hakimiyyət içərisində ona qarşı ciddi rəqiblərin yaranmasına səbəb olub. Bildirilir ki, Şeyxin ölkə ərazisində böyük biznes şəbəkələrinin olması, Bakıda və cənub bölgəsində ciddi vəsaitlərlə ölçülən əmlakının, şirkətlərinin mövcudluğu hökumət qurumlarında, Milli Məclisdə adamlarını yerləşdirməsi iqtidardaxili qrupları narazı salır. Bu səbəbdən Şeyxi hər fürsətdə, aşkar ya da gizli şəkildə vururlar.
Amma bu dəfə onu təkcə vurmurlar, həm də nüfuzunu zədələyib hörmətdən salırlar.
Bu prosesə Şeyxin reaksiyası maraqlı olacaq. Xatırladaq ki, ehsan qadağasına Paşazadələrin reaksiyası çox kəskin olmuşdu. Qardaşı, Milli Məclisin deputatı Cavanşır Paşazadə bu qadağaya olduqca əsəbi münasibət bildirmişdi. O, sözügedən qadağanı 37-ci il repressiyaları ilə müqayisə etmişdi. Həmçinin deputat dolayısı ilə nazirlərin nəzarətində olan şadlıq evlərinə, restoranlara da toxunmuşdu. Deputat demişdi ki, nə üçün toyxanalar tam gücü ilə fəaliyyət göstərdiyi halda, ehsan mərasimlərinə qadağa qoyulur?
Hüseyn DƏMİRÇİ

 

Previous Post

Rusiya Avropasız 40 il yaşaya bilər: Avropa necə?

Next Post

ABŞ Baltikyanıda kontingentin gücləndirilməsi məsələsini nəzərdən keçirmir

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

ABŞ Baltikyanıda kontingentin gücləndirilməsi məsələsini nəzərdən keçirmir

ABŞ Baltikyanıda kontingentin gücləndirilməsi məsələsini nəzərdən keçirmir

Son xəbərlər

Çexiyanın Azərbaycana investisiyaları 74 milyon dollara çatıb

Çexiyanın Azərbaycana investisiyaları 74 milyon dollara çatıb

12 Oktyabr 2026 - 10:42
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

12 Oktyabr 2026 - 10:34
Rusiya Odessada poçt obyektinə zərbə endirib

Rusiya Odessada poçt obyektinə zərbə endirib

12 Oktyabr 2026 - 10:27
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

12 Oktyabr 2026 - 10:20
Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb

12 Oktyabr 2026 - 10:12
​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb

​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb

12 Oktyabr 2026 - 10:08
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.