"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Binəqədidəki binanın qəsdən yandırılmasına dair sensasion iddia – yeni faktlar”

30 İyun 2016 - 09:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qızıl və gümüş ucuzlaşdı

Şimali Kiprdə üç günlük matəm elan edilib

Gəncə şəhərində yanğın baş verib

Vəkil İlhamə Həsənova: “16 may, 2015-ci il tarixdə Nərimanovda poliuretanla üzlənmiş binanın yandırılmasına cəhd olub, bununla bağlı cinayət işi açılıb”; “Bakıda müxtəlif binalarda silsilə yanğınlar planlaşdırılmışdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası maraqlı faktları ortaya çıxarıb. Bəlli olub ki, binanın poliuretanla üzlənməsini “Global Construction” şirkətinə Binəqədi rayon İcra Hakimiyyəti sifariş edib.
Şirkət icra hakimiyyətinin sifarişi ilə binaya məhz poliuretan adlı üzlüyü çəkib. Amma bu günə qədər icra hakimiyyəti orqanı sifariş etdiyi, gördürdüyü işlərin qarşılığında “Global Construction” şirkətinə ödəməli olduğu 22 milyon manatı verməkdən yayınır. Təqsirləndirilən şəxs, “QlobalStone” MMC-nin baş direktorun müavini Uğur Bəşirovun vəkili Cavid Rzazadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, binanın yanmasında “Qlobal Stone” və “Global Constuction”nın əlaqəsi yoxdur. Çünki binanın üzlənməsini Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi əsasında “Global” şirkəti icra edib: “Bunu təsdiqləyən tərəflərin arasında müqavilə də var.
 
Vəkil bildirib ki, sifarişçi – yəni Binəqədi RİH binanın məhz poliuretanla üzlənməsini sifariş edib: “Müqavilədə bilavasitə sifarişçi göstərir ki, binaya poliuretan üzlük vurulmalıdır. Yəni müqavilədə sifarişçi beton və ya ağlay daş göstərməyib. Belə bir müqavilə ortada ikən, podratçı binanı digər materialla üzləyə bilərdi? Üstəlik binanı podratçı sifarişçiyə 2012-ci ildə təhvil verib. 3 il sonra binada yanğın baş verirsə, məsuliyyət podratçının ola bilməz. Bu işdə məsuliyyət müvafiq dövlət orqanlarının üzərindədir”.
Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma faktları olub!
 
Vəkil bildirib ki, binadakı yanğından sonra araşdırma aparıblar və Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma ilə bağlı məlumatlar əldə ediblər:
“Həmin hadisədən (2015-ci il mayın 19-da Binəqədidə binanın yanmasını nəzərdə tutur – E.M.) az əvvəl, may ayının 7-də möhtərəm prezident Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, veteranlar üçün nəzərdə tutulan binanın açılışında iştirak edib. Həmin binanı da poliuretanla “Global Constraction” şirkəti üzləmişdi. Mayın 7-dən 9 gün sonra, 16 may tarixində, Binəqədidəki bina yanmazdan 3 gün əvvəl Nərimanovdakı veteranlar üçün nəzərdə tutulmuş binaya bitişik binada yanğın törədilib. Yanğın birmənalı şəkildə qəsdən törədilib. Sadəcə, həmin yanğının qarşısı daha tez alınıb.
Həmin bina ilə Binəqədidə yanan binanın xarici görünüşü, bitişik binanın olması da üst-üstə düşür. İstintaq deyir ki, Binəqədidəki binada yanğın həmin binaya bitişik binanın damından başlayıb. Nərimanovda, veteranların binasında da eyni cür yanğın törədilib. Binanın damından neftə batırılmış kəndirləri yandırıb veteranlar üçün nəzərdə tutulan binaya bitişik binanın divarından sallamışdılar. Bunu niyə, nə məqsədlə etmişdilər?
3 gün fərqlə belə bir hadisə baş verib.
Sadəcə olaraq Nərimanovda olan yanğın xoşbəxtlikdən tez söndürülüb deyə veteranlar üçün nəzərdə tutulan binada yanğın olmayıb. Həmin vaxt veteranlar binası  yansaydı,  “Global Constraction” şirkətinin rəhbərliyini bu fakta görə istintaqa cəlb edəcəkdilər”.
 
Vəkil bildirib ki, bu hadisədən sonra da oxşar silsilə hadisələr baş verib: “Bakıda analoji materiallarla üzlənmiş binaların yandırılması cəhdləri olub. Bunlar istintaqa məlumdur. Bu haqda biz istintaqa əldə etdiyimiz məlumatları təqdim etmişik. Bu hadisələrin silsilə törədilməsi qəribə deyil?”
İ.Həsənova bildirib ki, Nərimanovda, veteranlar üçün nəzərdə tutulan binanın qəsdən yandırılmasına cəhd faktı ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Vəkil Binəqədidə yanğın baş vermiş binanın sakinləri özləri də poliuretanla eksperiment aparıblar: “Özləri də əmin olublar ki, binanın üzləndiyi poliuretan yanmır. Onlar “qarelka”nı yandırıb poliuretanın üzərinə tutublar, poliuretan tüstüləyib, amma yanmayıb. O boyda binanın 1 siqaret külünün düşməsindən yanması məntiqə sığmır. “Qarelka”nın davamlı alovu qarşısında yanmayan poliuretan siqaret külündən yana bilər? İstintaq ekspertiza rəyinə istinad edir ki, orada yanğından sonra kənar maddənin qalıqları qalmayıb. Amma ekspertlər də deyirlər ki, heç də hər bir maddənin yanğından sonra qalıqları qalmır. Məsələn, asetonu hər hansı bir materialın üzərinə töküb yandırsaq və yanğından sonra ekspertiza təyin edilsə, həmin materialın alışmasına səbəb olan asetonun qalıqlarını müəyyən etmək mümkün olmur. Biz ehtimal edirik ki, həmin mayeni binanın damından kimsə tökə bilərdi.
İstintaq tərəfi bildirir ki, kameralarda elə bir şey görünmür. Axı o boyda binanı yandırmaq istəyən adam hamının gözü qabağında oradan həmin tezalışan mayeni səpələməyəcəkdi ki?!”
 
Vəkil “hansı kameralardan söhbət gedir” sualına belə cavab verib: “İstintaqın mülahizəsinə görə orada notariat kontorunun böyründə kameralar var. Amma yanan bina həmin kameraların əhatə dairəsinə düşmür. İşə də həmin kameraların yaddaşından çıxarışları əlavə ediblər. İstintaq ehtimal edir ki, siqaret külü orada binaya bitişik qeyri-yaşayış sahəsinin damında yığışan zibilin üzərinə düşüb. Ehtimal edilir ki, qeyri-yaşayış sahəsinin damında başlayan yanğın sonra binaya keçib. İttiham ehtimal üzərində qurula bilməz. Ona görə də biz ittiham tərəfindən xahiş etdik ki, bütün versiyalar, binanın qəsdən yandırılması versiyası da yoxlansın. Bunun üçün çox ciddi əsaslar var”.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
 
E.MƏMMƏDƏLİYEV

 

Previous Post

“Binəqədidəki binanın qəsdən yandırılmasına dair sensasion iddia – yeni faktlar”

Next Post

“Moskva və Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyir” – Sahib Alıyev

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 09:37

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.25% azalaraq 4.473...

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük...

Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Next Post

"Moskva və Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyir" - Sahib Alıyev

"Moskva və Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyir" - Sahib Alıyev

Son xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.