“Microsoft”un həmtəsisçisi milyarder Bill Qeyts bildirib ki, Marsa səyahət üçün böyük miqdarda pul xərcləmək düzgün deyil, o, vaksinlərə sərmayə qoymağı daha üstün tutur. Qeyd edək ki, məşhur milyarderlər arasında kosmos yarışı son vaxtlar gündəmdən düşmür.
Elchi.az xəbər verir ki, Bill Qeyts BBC-yə verdiyi müsahibədə Marsa getməkdənsə qızılca peyvəndi almağa üstünlük verdiyini bildirib.
Qeyts bu gün dərc olunan müsahibəsində aşağıdakı fikirləri qeyd edib:
“Marsa getmək əslində çox baha başa gəlir. Bunun əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd ala və insanların həyatını xilas edə bilərsiniz. Bu, Marsa getməməli olduğunuzu göstərir və ayaqlarınızı yerdə saxlayır”.
Yeganə