Dubayda “Jumeirah Bay” göydələn kompleksində penthaus rekord qiymətə satılıb.
Elchi.az “The National News”a istinadən bildirir ki, bu sövdələşmə əmirlikdə ən bahalı ev satışı olub.
Obyekt “Bulgari Lighthouse” binasında yerləşir. Adı məlum olmayan alıcı ev üçün 112 milyon dollar ödəyib. Əməliyyat fevralın 1-də qeydə alınıb.
Penthaus 3,6 min kvadratmetrdən çox ərazini tutur və doqquz yataq otağından ibarətdir. Qiymətə beş parkinq yeri də daxildir. Satışın başqa təfərrüatları açıqlanmayıb.
Yeganə