Bill Gates “Heineke” səhmlərinin təxminən 4 faizini aldı

62

Milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeyts Hollandiyanın “Heineken Holding NV” (HEIO.AS) səhmlərinin 3,76 faizini alıb.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hollandiya Maliyyə Bazarları İdarəsi (AFM) açıqlamasında bildirib ki, səhmlər fevralın 17-də alınıb. “Heineken Holding”, “Heineken NV” (HEIN.AS) pivə zavodunun nəzarət paketinə sahibdir. Geyts Meksika FEMSA-nın (səhmlərin satışı ilə məşğul olan) qiymətli kağızlarını alıb.

Agentliyin məlumatına görə, FEMSA “Heineken Holding”in bütün 18 milyon səhmini müxtəlif alıcılara satıb. Qeyts özü hazırkı bazar qiymətinə əsasən 883 milyon avroya (939,87 milyon dollar) 10,8 milyon qiymətli kağız alıb.

Yeganə