Rusiya parlamentinin aşağı palatası olan Dumanın bəzi deputatları milli təhlükəsizliyə təhlükə yaratdığını iddia edərək mesajlaşma proqramı olan WhatsApp-ın qadağan edilməsini istəyiblər.
Elchi.az xəbər verir ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin verdiyi yazılı açıqlamada WhatsApp-ın “ekstremist təşkilat” kimi tanınan Meta şirkətinə məxsus olduğunu bildirib.
Gorelkin, WhatsApp-ın çox güman ki, dost olmayan ölkələrdən qadağan edilmiş tətbiqlər siyahısına daxil ediləcəyini qeyd edərək, “WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtıdır” – deyib.
Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin də Rusiya xəbər agentliyinə TASS-a açıqlamasında “WhatsApp”ın ölkədəki “taleyi bağlanıb” və əlavə edib: “Rusiyanın rəqəmsal məkanında belə bir xidmətin olması milli təhlükəsizliyin pozulmasıdır. Ona görə də, onun dostluğu qadağan edilən ölkələr siyahısına daxil edilməsi an məsələsidir”.
“WhatsApp”ın sahibi olan “Meta” şirkəti Rusiyada qeyri-qanuni məlumat yaydığına görə “ekstremist təşkilat” elan edilib və şirkətin Facebook və Instagram platformalarına giriş 2022-ci ildə bağlanıb.
Nuranə Məmmədova


















