Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
Elchi.az xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.
Otuz nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...






















Son şərhlər