"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Beynəlxalq Qızıl Xaç Komitəsi girovlarla bağlı hərəkətə keçdi

24 İyul 2014 - 09:37
in Kateqoriyasız
FacebookVatsap

Bunu da oxuyun

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

Kəlbəcərdə girov götürülən soydaşlarımızın yaxınları Bakıda aksiya keçirdilər; Avropadakı img1607073soydaşlarımız da piket təşkil edib

Bir neçə gün əvvəl öz torpaqlarımızda əsir götürülən vətəndaşlarımızın məsələsi ciddiliyini qorumaqdadır. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın işğal altındakı bölgəsində olan nümayəndəsi Tomas Haliyer Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin təmsilçisi Karen Mirzoyanla görüşüb. Görüş iyulun 22-də keçirilib. “Media forum” saytı bildirir ki, separatçı rejim görüşdə Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının məsələsinin müzakirə olunduğu haqda xəbər yayıb.
Yayılan məlumatda qeyd olunur ki, görüşdə BQXK nümayəndəliyinin Dağlıq Qarabağdakı fəaliyyəti müzakirə olunub və bu kontekstdə Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı məsələyə toxunulub. Bildirilib ki, BQXK ofisi məsələ ilə bağlı Dağlıq Qarabağdakı separatçı rejimin strukturları, eləcə də hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı komissiyası arasında əməkdaşlıq qurulub.
Bu ay azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə ermənilərin əlinə keçib. Onlar diversiyada və 17 yaşlı bir ermənini öldürməkdə təqsirli bilinir. Şahbaz Quliyev və Dilqəm Əsgərovdan başqa daha bir azərbaycanlının Kəlbəcərə keçdiyi xəbər verilir. Onun adı açıqlanmayıb. İddiaya görə, həm şəxs iyulun 11-də Kəlbəcər ərazisində öldürülüb. Qeyd olunur ki, azərbaycanlı ilə atışma zamanı bir erməni həlak olub, biri yaralanıb.
İyulun 21-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb.
Əli Həsənov BQXK nümayəndəliyinin rəhbərinə Ermənistanın girov götürdüyü azərbaycanlıların taleyi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığını çatdırıb və bildirib ki, bütün bu məsələlər ilk gündən ölkə prezidentinin diqqət mərkəzindədir. O qeyd edib ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərdir: “Bu insanların ora getməsinə səbəb həmin insanların vətən həsrəti və eyni zamanda öz doğmalarının məzarlarını ziyarət etməsidir. Bu şəxslər sərhədləri BMT tərəfindən tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyib və heç bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tərəfi həmin şəxslər haqqında həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların üzərinə diversant və cinayətkar qrup kimi ləkələr yaxaraq onlara münasibətdə ”Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq etməkdən boyun qaçırır”.
Görüşdə girov götürülmüş şəxslərlə bağlı BQXK-nın fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmağın zəruriliyi diqqətə çatdırılıb.
Ə.Həsənov bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər, qəhrəmandırlar: “Onları qətiyyən qınamaq olmaz. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə nümunədirlər. Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər. Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə…”
Ə. Həsənov xatırladıb ki, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.
Baş nazirin müavini bildirib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: “Biz bilirik ki, onlara təzyiq göstərilir, işgəncələr verilir”. Ə. Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O bildirib ki, bu məsələ ilk gündən Azərbaycan prezidentinin diqqətindədir, dövlət bu məsələ ilə məşğuldur.
O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə günün sonunda birgə bəyanat yayacağını da qeyd edib. Ə.Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra təşkilat əməli fəaliyyətə keçib: “Artıq onlar da bundan nəticə çıxarıblar. Yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər”.
Ə.Həsənovun fikrincə, Beynəlxalq Qırmızı Xaç Komitəsi tənqiddən nəticə çıxararaq Kəlbəcərdə azərbaycanlı girovların tutulması ilə bağlı əməli addımlar atıb: “BQXK bununla bağlı Azərbaycan hökuməti ilə birgə bəyanatla çıxış edəcək”.
Yeri gəlmişkən, girov götürülmüş vətəndaşların qohumları və ailə üzvləri iyulun 23-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar. Azxeber.com-un hadisə yerində olan müxbirinin sözlərinə görə, onlar Qırmızı Xaç Komitəsinin əsir götürülənlərin işi ilə bağlı heç bir tutarlı addım atmamasını və prosesin uzadılmasından narahat olduqlarını deyiblər. Aksiya zamanı girovların azad olunması tələb edilib.
Aksiya zamanı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ərinin azad olunmasını tələb etdiyini söyləyib. O, əri geri qaytarılmayana qədər heç yerə getməyəcəyini, lazım olsa Beynəlxalq Qırmızı Xaç Komitəsinin binası qarşısında gecələyəcəyini bildirib.
Həmçinin Avropadakı azərbaycanlılar da girovların müdafiəsinə qalxıblar. “Yaşıllar və Sosial Demokratlar partiyalarının həm Almaniyadakı mərkəzinə, həm də Avropa parlamentindəki fraksiyalarına girovlarla bağlı məktub göndərmişik. Özümüz Almaniya vətəndaşı olduğumuz üçün onların qarşısında konkret tələblər qoymuşuq”.
Bu barədə məlumatı Almaniyadakı Azərbaycan diasporunun nümayəndəsi, eyni zamanda oradakı Sosial Demokratlar Partiyasının üzvü Toğrul Əziz verib. “Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisində girov götürülməsinə Yaşıllar və Sosial Demokratlar partiyalarının birbaşa reaksiya verməsini, girovlarımızın normal şəraitdə saxlanmalarını təmin etmələrini və onların tezliklə azadlığa buraxılmasını təmin etməkdən ötrü Ermənistan hökumətinə təzyiqlər göstərilməsini tələb etmişik”.
Rusiya isə əsir düşmüş azərbaycanlının onların vətəndaşı olduğunu təkzib edib. “Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”. APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.
“Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”, – deyə V.Doroxin məktubunda yazıb.
Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barədə məlumatlar yayılıb.
“Öz doğma ata-baba torpağına, Kəlbəcərə, Zəngilana və digər yerlərə getmək oradan olan insanların hüququdur və heç kim bu hüquqa qarşı çıxa bilməz”. Bu açıqlamanı isə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov verib.
B.Səfərov bildirib ki, vətəndaş öz ölkəsi daxilində hərəkət edib, heç bir dövlətin sərhədini pozmayıb: “Necə ola bilər ki, mən öz ölkəmin ərazisində sərhədi pozum? Biz hamımız istədiyimiz vaxt torpaqlarımıza, ata-baba yurdumuza gedəcəyik. Tək Kəlbəcərə deyil, digər işğal altındakı ərazilərə getmək bizim hüququmuz və istəyimizdir. Girov götürülmüş şəxslər də öz torpaqlarına gediblər. Onlar valideynlərinin qəbrini ziyarət ediblər. Biz nəinki öz ata-baba torpaqlarımıza getməliyik, həm də gedib orada yaşamalıyıq”.
İcma rəhbərinin sözlərinə görə, ermənilər mülki insanlara “diversant” adı qoymaqla onları ittiham eləməyə çalışırlar: “Bu onların yeni sərsəm fikirlərindən biridir”. B.Səfərov qeyd edib ki, dövlət başçısı da məsələni diqqətə götürüb. O, girovların azad olunacağına əminliyini də vurğulayıb.
Röya RƏFİYEVA
Previous Post

Beynəlxalq Qızıl Xaç Komitəsi girovlarla bağlı hərəkətə keçdi

Next Post

Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb

Bənzər yazılar

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27

Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Ali Məhkəmədən bildirilib. "Məhkəmə praktikasından görünür ki, bəzən...

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Elchi.az xəbər verir ki, bunu mətbuat...

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06

Xankəndidə 104 km su şəbəkəsi istismar olunur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) işğaldan azad...

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57

Fermerlərin informasiyaya çıxışını artırmaq, qabaqcıl texnologiyanı tətbiq etmək üçün, onlar üçün lazımi məlumatların daha əlçatan olması üçün mövcud "Ektis" proqramı...

Next Post

Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb

Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.