Peskov Estoniyanın Rusiya gəmilərinin Finlandiya körfəzində hərəkətini məhdudlaşdırmaq planlarına cavab verib.
Elchi.az xəbər verir ki, bu barədə Peskov bildirib ki, Rusiya Finlandiya körfəzində gəmiləri hərəkət etdirərkən dəniz qanunundan çıxış edəcək.
Kremlin sözçüsü Dmitri Peskov Estoniyanın Finlandiya körfəzində Rusiya gəmilərinin bu ərazidə hərəkətini məhdudlaşdıra biləcək 40 kilometrlik “bitişik zona” yaratmaq təşəbbüsünü şərh edib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, ölkə gəmiçilik azadlığını təmin edən beynəlxalq dəniz hüququndan çıxış etmək niyyətindədir.
“Beynəlxalq dəniz hüququ var, biz bundan çıxış etməliyik”, – Dmitri Peskov vurğulayıb.
Şayəstə