Beyləqanda qadını amansızlıqla qətlə yetirdilər - RƏSMİ

🗓 05.04.2018 13:26 ✍️ "Elçi" qəzeti
Beyləqanda qadını amansızlıqla qətlə yetirdilər - RƏSMİ
Beyləqan rayonunda mənzildən meyiti aşkarlanan 39 yaşlı qadının qətlə yetirildiyi müəyyən edilib. Elchi.az  xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Rayon Prokurorluğundan məlumat verilib. Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub. Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil və faktla bağlı saxlanılan yoxdur. Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılıb. Mərhumənin qonşuları Daxili İşlər Nazirliyinin "102 "qaynar xətti"nə məlumat verib.

Bənzər yazılar