“Beşiktaş” “Sabah”la xeyriyyə oyununun hazırlığını başa vurub.
Elchi.az xəbər verir ki, Şenol Günəşin yetirmələri bu gün saat 12:00-da baş tutan səhər məşqi ilə hazırlığa yekun vurub. “Ağ-qaralar” saat 15:00-da Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.
İstanbul təmsilçisi Bakıda oyun öncəsi məşq etmyəcək.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Sabah” – “Beşiktaş” matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək gəlirlə Türkiyənin zəlzələdən zərərçəkən bölgələrindən birində məktəb tikiləcək.
Ronaldo çıxış etdiyi klubu ala bilər
Dünyaşöhrətli futbolçu, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanı klubunun həmmülkiyyətçisi ola bilər. Bu haqda “DAZN Portugal” məlumat yayıb....





















Son şərhlər