Berti Foqts: "Mən də himni oxumurdum, belə çıxır ki..."

🗓 21.08.2014 00:09 ✍️ "Elçi" qəzeti
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts az öncə Özbəkistanla keçirilən yoldaşlıq804b934fa47a49c8bfe140447d3d2db2 görüşündən sonra fikirlərini açıqlayıb.
 

Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis qolsuz bərabərliklə başa çatan görüşdə futbolçulardan narazı qaldığını bildirib: “Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik”.

- Yeni sınadığınız futbolçulardan bəyəndikləriniz oldumu?

- 100 faiz razı qala bilmərəm. Bizim Rusiya ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam.

- Dmitri Nazarovu kimin əvəzinə komandaya gətirməyə lüzum görmüsünüz?

- Ona 90 dəqiqə şans verdim. Cəmi 3 məşq keçmişdi. Oyunda onun nəyə qadir olduğunu görmək istəyirdim.

 - Rusiya ilə görüşdə bu heyətdən yararlanacaqsınız, yoxsa “Qarabağ” və “Neftçi”nin futbolçularına da şans veriləcək?

- Sözsüz ki, “Qarabağ” və “Neftçi” futbolçuları da heyətdə yer alacaq.

- “Qarabağ” və “Neftçi”nin futbolçularından ən çox kimin yeri görünürdü?

- Heç kimin. Mən bu günkü heyəti yoxlamaq istəyirdim.

- Kiyan Soltanpuru meydana niyə buraxmadınız?

- Çünki əvəzetmə limitimiz bitmişdi. 6 oyunçu əvəzləyə bilərdik. Elnur Allahverdiyevi Emin Nuri zədələndiyi üçün məcburən meydana buraxdıq.

- Millidə 4 futbolçudan başqa, himni oxuyan yox idi...

- Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək.

Bənzər yazılar