Böyük Britaniyanın yeni baş naziri Endi Bernem ölkə üçün sabitliyə nail olmaq öhdəliyini üzərinə götürüb.
Elchi.az xəbər verir ki, bu barədə Bernem yazılı çıxış etmədən millətə ilk müraciətində bildirib.
“Böyük Britaniya bütün dünyaya yenidən sabitlik qazanmağa qadir olduğunu göstərməlidir. Bizim vəzifəmiz məhz bundan — siyasətin işləməsini və daha yaxşı işləməsini təmin etməkdən ibarətdir. Bilirəm ki, ölkəmizin insanları siyasətdən yorulublar. Mən sizi eşidirəm və sizinlə dürüst olmaq istəyirəm: biz kifayət qədər yaxşı deyildik. Biz daha yaxşı olmalıyıq”, — deyə Bernem bəyan edib.
O, problemlərin həllinə həqiqətən yönəlmiş və daha desentrallaşdırılmış “yeni siyasi və iqtisadi model” yaradacağını vəd edib, həmçinin daha sonra 10 illik islahatlar planını təqdim edəcəyini bildirib. Bernem dəyişikliklərin nəyin hesabına maliyyələşdiriləcəyi ilə bağlı təfərrüatları çox yaxın vaxtda təqdim edəcəyinə söz verib.
Məryəm





















