İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni ilə vida mərasimi keçirilir.
Elchi.az xəbər verir ki, mərasim Milan şəhərindəki kilsədə baş tutur.
Sabiq Baş nazirin cənazəsi Milanın mərkəzinə yığışmış minlərlə italiyalının alqışları altında kilsəyə gətirilib.
Mərasimdə İtaliya Prezidenti Serco Mattarella, Baş nazir Corca Meloni və Macarıstan Baş naziri Viktor Orban da iştirak edir.