Belçikada “möcüzə oğlan” kimi tanınan 12 yaşlı Laurent Simons kvant fizikası üzrə magistr təhsilini başa vurduqdan sonra tezliklə doktoranturaya başlayacaq.
Simonun atası, eyni zamanda “Kiçik Eynşteyn” də adlandırılan Alexander Simons, 12 yaşlı oğlunun Almaniyadakı Maks Plank İnstitutunda elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alacağını söylədi.
Elchi.az xəbər verir ki, bu barədə doktorantura proqramı haqqında ətraflı məlumat verməyən ata Simons bunun kimya, tibb və fizikanın qarışığı olacağını və oğlunun vaxtının çox hissəsini laboratoriyada keçirəcəyini bildirib.
Alexander Simons oğlunun özünü tək bir sahə ilə məhdudlaşdırmaq istəmədiyini bildirdi.
Belçikanın qərbindəki Ostend sahil şəhərində anadan olan Laurent Simons ibtidai məktəbi 6 yaşında bitirib. 9 yaşında Belçikada universitetə başlayan Simons diplomunu 11 yaşında alıb. Simons eyni zamanda bu yay 12 yaşında Antverpen Universitetində kvant fizikası üzrə magistr dərəcəsini tamamladı.
Simons, qandan xərçəngi aşkar edən lazerlər üzərində araşdırma aparan bir qrupla PhD dərəcəsini davam etdirəcəyi Maks Plank İnstitutunun professorları ilə işləyirdi.
Şayəstə